Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan “Əsgər” ictimai şurasının sədri Marqarita Xaçatryan bildirib.
Xaçatryan qeyd edib ki, oğlu itkin düşmüş analar narahatlıqlarını bildirirlər və “1 Mart” hadisələrində itkin düşmüşlərin ailə üzvlərinə dəstək verilməsini, ancaq onlara verilməməsini ədalətsizlik hesab edirlər.
Ermənistan Hərbi Sığorta Fondunun Qəyyumlar Şurasının üzvü Mesrop Manukyan bildirib ki, bu gün hökumət yeni standartlar qoyub, bu standartlar sərhəddə ölənlərin ailələrinin təmin etməlidir.
“Bu dəstəyin daha mənəvi olması çox vacibdir. Hökumət tərəfdən büdcə gəlirlərinin 25% -dən çox olacağını elan etdilər və bu pulu bu məqsədə xərcləmək məqsədəuyğun olardı “, - deyə o qeyd edib.
“90-cı illərdə kişilər müstəqillik uğrunda getdilər ki, müstəqil dövlətdə insanlar yaşasınlar, bu gün isə o müstəqil dövlətdə qurban olmuşların ailələri yaşaya bilmirlər”, - deyə QHT üzvü Satik Xlğatyan bildirib.
Bundan sonrakı addımları barədə danışan Xaçatryan, sona qədər mübarizə edəcəklərini, lazım gələrsə aclıq aksiyasına getməyə hazır olduqlarını söyləyib.
“Biz uşaqlarımıza verilmiş medalları geri veririk, qoy balalarımızı, ərlərimizi geri versinlər, oğlanlarımız, ərlərimiz işləyərlər bizi qoruyarlar”, - deyə Xaçatryan bildirib.
O, hökumətə müraciətlərə cavab vermək üçün 7 gün vaxt verdiklərini qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az