Ordu.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze NATO Parlament Assambleyasının prezidenti Madlen Munla keçirdiyi görüşdən sonra bildirib.
Onun sözlərinə görə, Munun Gürcüstana səfəri NATO-nun dəstəyini nümayiş etdirir və rəsmi Tbilisi bu əməkdaşlığın dərinləşdirilməsini alqışlayır.
"Gürcüstan parlamenti və NATO Parlament Assambleyası arasındakı əməkdaşlıq gələcəkdə də çox güclü olacaq. Fəxr edirik ki, gürcü hərbçilər NATO əsgərləri ilə birgə dünyanın ən çətin yerlərində azadlıq və dəyərləri müdafiə edir", - deyə o qeyd edib.
Talakvadze Gürcüstanın NATO-nun regionda ən etibarlı tərəfdaşlarından biri olaraq qalacağını əlavə edib.
Sevinc Əliyeva
Ordu.az