Emənistanın sabiq Müdafiə naziri: “Vacib olan ikinci prezidentin sərbəst buraxılmasıdır”

2019/09/45646-1568289136.jpg
Oxunub: 343     15:59     12 Sentyabr 2019    
Bu gün İrəvan Ümumi Yurisdiksiya Məhkəməsində “1 Mart” hadisələri üzrə məhkəmə işi keçirilir. Məhkəmə işində Ermənistanın sabiq prezidenti Robert Köçəryan, sabiq Müdafiə naziri Seyran Ohanyan, KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturov və Prezident Administrasiyasının sabiq rəhbəri Armen Gevorqyan ittiham olunur.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda onların hamısı məhkəmədədir və iclas hakim Anna Danibekyanın sədrliyi ilə davam edəcək.

Məhkəmə iclasının keçiriməsindən əvvəl Seyran Ohanyan bildirib ki, proses haqqında hər hansı qiymətləndirmə vermək istəmir. Daha sonra isə o, əlavə edib: “Hazırda vacib olan odur ki, ikinci prezidentə qarşı ehtiyat tədbiri dəyişdirilsin və o, həbsdən çıxsın. Qalanını məhkəmədə dinləyəcəksiniz”.

Ohanyan konstitusiya sisteminin devirilməsi ilə bağlı verilən suala isə bu şəkildə cavab verib: “Mən bunu qəbul etməmişəm, çünki əsassızdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Ohanyan  

Emənistanın sabiq Müdafiə naziri: “Vacib olan ikinci prezidentin sərbəst buraxılmasıdır”

2019/09/45646-1568289136.jpg
Oxunub: 346     15:59     12 Sentyabr 2019    