Rusiya Baş nazirinin müavini: “Moskva Azərbaycanın KTMT-də müşahidəçi statusu almasına qarşı deyil” (VİDEO)

2019/09/15682-1568293424.jpg
Oxunub: 382     15:45     12 Sentyabr 2019    
“Biz KTMT-nin bütün ölkələri və Azərbaycanla hərbi-texniki əməkdaşlığa bağlı olaraq çox balanslaşdırılmış və düşünülmüş siyasət yürüdürük”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Yuri Borisov İrəvanda Azərbaycanın KTMT-də müşahidəçi və ya tərəfdaş statusu alma ehtimalı ilə bağlı verilən suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, KTMT keçmiş SSRİ respublikaları ilə əməkdaşlığı hər zaman dəstəkləyəcək.

“Biz vaxtında bir ailə olmuşuq. Bizim ümumilikdə çox şeyimiz var. Bu, həm də məsələn, bütün keçmiş respublikaların hərbi qüvvələri kimi müəyyən bir balansla bağlıdır. Biz KTMT-nin bütün ölkələri və Azərbaycanla hərbi-texniki əməkdaşlığa bağlı olaraq çox balanslaşdırılmış və düşünülmüş siyasət yürüdürük”, - deyə Rusiya Baş nazirinin müvini bildirib.

O qeyd edib ki, KTMT-də qərar kollektiv şəkildə qəbul edilir: “Əgər müzakirələrdən sonra təşkilat bu kimi zərurət haqqında qərar qəbul edirsə, o zaman bu, təşkilatın nizamnaməsinə, qanunvericiliyinə və qanunlarına uyğun olaraq qəbul olunacaq”.

Borisovun sözlərinə görə, Rusiya münaqişənin yenidən başlamasında maraqlı deyil və yalnız münaqişənin nizamlanmasına kömək edəcək.

“Və siz bilirsiniz ki, Rusiya, xüsusilə də bizim prezidentimiz hansı rolu oynayır”,- deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Rusiya Baş nazirinin müavini: “Moskva Azərbaycanın KTMT-də müşahidəçi statusu almasına qarşı deyil” (VİDEO)

2019/09/15682-1568293424.jpg
Oxunub: 385     15:45     12 Sentyabr 2019    