“Rəşad Atakişiyeva şəhidlik statusu verilməlidir” - Pilotun ailəsi

2019/09/69250-1568287108.jpg
Oxunub: 574     15:17     12 Sentyabr 2019    
“Rəşad Atakişiyev döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Buna görə də ona şəhidlik statusu verilməlidir”.

Ordu.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, mərhum pilotun ailəsi dövlətdən bununla bağlı müvafiq addımların atılmasını gözləyir: “Adətən istintaq işi yekunlaşdıqdan və qəti qərar qəbul edildikdən sonra təltif edilmə həyata keçirilir. Rəşad döyüş şəraitinə yaxınlaşdırılmış taktiki hərəkəti yerinə yetirərkən həlak olduğuna görə təltif olunmalıdır. Hərbi Hava Qüvvələrinin komandanlığı bununla bağlı təşəbbüs irəli sürməlidir. Şəhidlik zirvəsinin ona verilməsi ilə bağlı şübhəmiz yoxdur”.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rəşad-Atakişiyev   Şəhid  

“Rəşad Atakişiyeva şəhidlik statusu verilməlidir” - Pilotun ailəsi

2019/09/69250-1568287108.jpg
Oxunub: 577     15:17     12 Sentyabr 2019    