“Yezidi İnsan Hüquqları Mərkəzi” Armavirdə yezidilərə təzyiqlərin dayandırılmasını tələb edir

2019/09/yezid-1568284293.jpg
Oxunub: 229     15:31     12 Sentyabr 2019    
“Ferik kənd sakinləri, dinc, zorakılıq tətbiq edilmədən etiraz aksiyalarını davam etdirsinlər. Yezidi kəndinin yeganə məşğuliyyət vasitəsi olan torpaq sahələrinin itirilməsinə yol verməsinlər. Yeganə gəlir mənbəyi olan torpaqlar itirildiyi halda yezidilərin Ermənistandan köçü başlayacaq”.

Ordu.az xəbər verir ki, bu barədə “Yezidi İnsan Hüquqları Mərkəzi”nin Armavirin yezidi sakinlərinə çağırışında qeyd olunub.

Ötən gün - 11 sentyabr tarixində Armavir vilayətinin yezidilər yaşayan Ferik kəndində bir hadisə baş verib. Polislər, artıq bir neçə aydır bağlı saxlanılan, yezidi kəndinin otlaq sahələrinə gedən yolları açmağa cəhd ediblər. Kəndlilər yolu bağlayaraq heç kimin zəbt edilmiş torpaqlardan hər hansı şəkildə istifadə edilməsinə yol vermirdilər.

Kəndin əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahələri sabiq kənd icra rəhbəri Norik Hayrapetyan tərəfindən qanunsuz yolla Manvel Qriqoryanın qohumlarına olan Zarzand və Hrant Qriqoryanlara satılıb.

Hakimiyyət dəyişikliyindən sonra isə adı çəkilən şəxslər torpağı livanlı erməni iş adamına satıblar. Həmin iş adamı isə polisdən yolların açılmasını tələb edib.

Qeyd edilən torpaq sahəsi yezidi kəndlilərin yeganə yaşam qaynağıdır. Torpaqların zəbt edilməsi davam etdiyi halda yezidilər kənddən köçməyə başalayacaqlar.

“Yezidi İnsan Hüquqları Mərkəzi”nin istintaq orqanlarına müraciətində qeyd olunub ki, şəffaf istintaq təmin edilsin və günahkarların əhatə dairəsinin müəyyən olunması təmin edilsin.

“İstintaq zamanı kəndin yezidi mənşəli olduğu mütləq nəzərə alınsın. İş araşırılarkın ayrıseçkiliyə yol verilməsi məsələsi nəzərdən qaçırılmasın, bu fakt üzrə kənd sakinlərinə qarşı digər cinayətlər də araşdırılsın”, - deyə müraciətdə bildirilib.

Armavir vilayət rəhbərliyinə edilən çağırışda qeyd edilib ki, kənd icra rəhbərliyinə təzyiq edilməsin, kəndliləri susdurmağa səy göstərilməsin, onların hüquqları tapdalanmasın, işin istintaqına müdaxilə edilməsin.

Erməni parlamentinə və siyasi rəhbərliyə edilən müraciətdə isə bildirilib ki, problemin həlli üçün siyasi iradə nümayiş etdirilsin.

Qeyd olunur ki, “Yezidi İnsan Hüquqları Mərkəzi” hadisəni nəzarətdə saxlamağa davam edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Yezidilər   Zorakılıq  

“Yezidi İnsan Hüquqları Mərkəzi” Armavirdə yezidilərə təzyiqlərin dayandırılmasını tələb edir

2019/09/yezid-1568284293.jpg
Oxunub: 232     15:31     12 Sentyabr 2019    