Hakobyan Aprel döyüşlərinin istintaqı barədə: “Bu əxlaqsızlıqdır”

2019/09/movse-1568282561.jpg
Oxunub: 328     15:02     12 Sentyabr 2019    
“Aprel döyüşlərində ağır yaralanmış hərbi qulluqçuların dindirilməsi olduqca yanlış hərəkətdir. Bu əxlaqsızlıqdır”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu işğal altında olan Qarabağdakı qanunsuz “hərbi birləşmə”nin sabiq komandiri, hazırda Ermənistan Müdafiə Nazirliyinin Baş hərbi müfəttişi Movses Hakobyan bildirib.

Paşinyan hakimiyyəti Aprel döyüşlərinin detallarını araşdırmaq üçün parlamentin araşdırma komissiyasını yaradıb.

Paşinyan parlamentdə jurnalistlərə, “Komissiya silahlı qüvvələrimizin bu hadisələrin inkişafına lazımi şəkildə hazır olub-olmadığının müəyyən edilməsi, kimsəni cəzalandırmaq məqsədilə deyil, belə bir vəziyyətin bir daha ola biləməyəcəyinə zəmanət vermək məqsədi ilə yaradıldığını” demiş olsa da, bütün bunların siyasi məqsədləri hələlik məlum deyil. O, günahkar olanların aşkarlandığı təqdirdə məsuliyyətə cəlb ediləcəyini və cəzaların qaçılmaz olacağını da bildirib.

Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın sözlərinə görə, bu komissiyanın yaradılması istisnasız olaraq, siyasi proseslərlə əlaqəli olan siyasi aktdır.

“Komissiya Paşinyan hökuməti ilə problemi olduğu günlərdə elan etdiyi zaman “coker” kimi yaradıldığı açıq-aydın görünür”, - deyə o bildirib.

Bir çox ekspert və siyasi xadimlər təmiz keçmişi olmayan, “Mənim Adımım” fraksiyasının üzvü, müdafiə daimi təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryanın yaradılan komissiyaya rəhbərlik etməsinin də problemlər yaratdığını qeyd edirdilər.

Paşinyanın təlimatı ilə komissiyanı təşkil edənlər dərk etdilər ki, onların təcrübəsi və peşə bacarıqları müharibə detallarını araşdırmağa yetərli deyil. Buna görə də keçmiş hərbçiləri cəlb etməyə qərar veriblər.

Komissiya sədri Koçaryan bəyan edib ki, zərurət olduğu halda Serj Sarkisyanı da komissiyaya dəvət edə bilərlər.

“Serj Sarkisyanın aprel müharibəsindən əvvəl, müharibə dövründə və sonra baş verən hərbi-siyasi və xarici siyasət şərati ilə bağlı gizlədəcək heç bir şeyi yoxdur”, - deyə Aşotyan buna cavabında bildirib.

Qeyd edək ki, bu müddət ərzində Aprel döyüşlərinin iştirakçıları ilə naməlum məqsədlərlə sorğu-sual aparılır.

Aprel döyüşlərində iştirak edən və komissiyaya ifadə verən düşmən əsgərlərindən biri qeyd edib ki, silah görməyən, bu sahədə qabiliyyəti olmadığını nəzərə almadan bir şəxsin ifadə almağa göndərilməsi qəribədir.

“İfadə almağa gələn şəxs hər bir silah adını eşitdikdən sonra bu barədə təsəvvür əldə etmək üçün internetdə həmin silahla bağlı məlumatlara baxırdı. Hətta ifadəsi alınan hərbçilərdən birini razı salaraq, onu istintaq çərçivəsində araşdırma aparan şəxs tərəfindən öz maşını ilə Qarbağa aparıb gətirib”, - deyə o bildirib.

Hakobyan komissiyanın yaradılmasına və fəaliyyətinə toxunarkən bildirib ki, Aprel döyüşləri ərəfəsində hərbi sursat çatışmazlığı olmayıb.

“Aprel döyüşlərindən sonra da döyüş mövqelərinə eyni sayda döyüş sursatı paylanır. 2016-cı ildən indiyədək hansı sayda silah-sursat verildiyi barədə əmrlər var qaldırılıb, baxıla bilər”, - deyə Hakobyan qeyd edib.

O bildirib ki, hər hansı texnikada yanacaq çatışmazlığı halı qeydə alınmayıb. Bu barədə müvafiq vəzifəli şəxslərin bəyanatlarını xatırladıb.

Hakobyan texnikanın istismardan qayıtdıqdan sonra digər qurumlardan fərqli olaraq, orduda ilk növbədə nəzarət məntəqəsində görülən işin yanacaq çəninin doldurulmasından ibarət olduğunu da vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Movses-Hakopyan   Aprel-döyüşləri  

Hakobyan Aprel döyüşlərinin istintaqı barədə: “Bu əxlaqsızlıqdır”

2019/09/movse-1568282561.jpg
Oxunub: 331     15:02     12 Sentyabr 2019    