Şuşa fabriki, otel, onlarla ev, istixana, qaz stansiyası: Paşinyanı dəstəkləyən generalda bu sərvət haradandır?

2019/09/timth-4704838485.jpg
Oxunub: 394     12:56     12 Sentyabr 2019    
“Paşinyan tez-tez keçmiş hakimiyyət rəhbərliyi illərində ordu tərəfindən həyata keçirilmiş talan, əsgərlərə verilən pis yemək və geyim haqqında danışır. Belə bir təəssürat yaranır ki, o, həqiqəti bilmək və günahkarları cəzalandırmaq istəyir. Paşinyanın bu niyyəti birmənalı olaraq təşviqatdır, buna görə də biz əlimizin altında olan məlumatları ictimai yolla ölkə rəhbəri ilə bölüşəcəyik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Politik.am” mətbu orqanı dərc etdiyi məqaləsində qeyd edib.

Məqalədə Paşinyana onun yaxınlığında duran bəzi generallar haqqında suallar ünvanlanıb.

“Paşinyanı maraqlandırmalıdır ki, 2000-2008-ci illərdə ordunun ehtiyacları üçün zəruri geyimin 70 faizini kim təmin edirdi, Masis şəhərində kimin bibisi oğlu ət məhsulları istehsal edirdi və tender olmadan ordunu təmin edirdi, yenə də tender olmadan böyük əksəriyyətlə ordunu dizel yanacağı ilə kim təmin edirdi, Müdafiə Nazirliyində arxa rəisi vəzifəsini tutmaqla Müdafiə Nazirliyindən kim bir neçə mənzil almışdı, aldığı torpaq sahəsində kim özünə şəxsi ev tikmişdi, Ermənistanın vilayətlərində onlarla şəxsi evi kim tikirdi?”, - deyə məqalədə bildirilib.

Qeyd edilib ki, Paşinyan bu sualları Ermənistan müdafiə nazirinin keçmiş müavini general Qaqik Melkonyana (ləqəbi Tülkü Qaqo) verə bilər.

“Paşinyanı həm də maraqlandırmalıdır ki, onun yanında dayanmış Melkonyan vəzifədə olmaqla yanaşı Rusiyanın Krasnodar şəhərində necə otel tikə bilib, şüşə fabrikini necə açıb, Mokva vilayətində bir neçə hektara çatan istixananı necə tikib, Xocavənd şəhərində qaz stansiyasını necə alıb. Əgər Paşinyan həqiqəti üzə çıxarmaq istəyirsə ki, kimlər ordunu keçmişdə talan edib, o zaman bu sualları öz dəstəkçisinə mütləq verməlidir.
O, həmçinin Melkonyandan soruşmalıdır ki, öz istifadəsi üçün aldığı “Land Cruiser 100” markalı avtomobilin pulunu bazar qiymətindən bir neçə dəfə baha qiymətə Müdafiə Nazirliyinə necə ödətdirib. Yeri gəlmişkən, həmin vaxt Melkonyan Müdafiə nazirinin arxa cəbhə üzrə müavini idi”, - deyə erməni mətbu orqanı bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Şuşa fabriki, otel, onlarla ev, istixana, qaz stansiyası: Paşinyanı dəstəkləyən generalda bu sərvət haradandır?

2019/09/timth-4704838485.jpg
Oxunub: 397     12:56     12 Sentyabr 2019    