“Putinin Ermənistana gəlib-gəlməyəcəyi hekayəsi erməni cəmiyyəti üçün praktiki olaraq psixoloji testdir”

2019/09/45645-1567765471.jpg
Oxunub: 385     16:10     13 Sentyabr 2019    
Ermənistan mətbuatında artıq uzun müddətdir bir məsələ müzakirə olunur - Putin oktyabrın 1-də Ermənistana gələcək, yoxsa yox?

Ordu.az xəbər verir ki, Ermənistan mətbuatında artıq bir neçə həftədir ki, Putinin səfər edib-etməyəcəyi haqqında məlumatlar yayılır. Qəzetlər yazırlar ki, Putin Ermənistana gəlmək istəmir, çünki o, Robert Köçəryanın həbs olunması və Ermənistan hökumətinin Kremlin etibarını cəlb etməməsi ilə bağlı olaraq Paşinyan hakimiyyətindən narazıdır.

Putinin səfərinin səbəbi Avrasiya İqtisadi Birliyinin sammitidir və bu sammit Ermənistanda baş tutmalıdır. Ermənistan indi sədrlik edən ölkədir, Avrasiya İqtisadi Birliyinin oktyabr sammitində Ermənistan öz sədrliyini başqa bir ölkəyə ötürəcək.

“İllərdir davamlı olaraq, praktiki şəkildə bu kimi məlumatlar Serj Sarkisyanla bağlı da yayılırdı. Bu mənada böyük ehtimal var ki, Serj Sarkisyan adı Nikol Paşinyan adı ilə əvəz olunub. Burada problemin özəyinin nə olması ortadadır. İki hal hədəflənir. Birincisi, Ermənistan hakimiyyətinə qarşı inamsızlıq və Rusiya hakimiyyəti yanında mənfi münasibət stimullaşdırmaq. Digər hədəf isə Ermənistan cəmiyyəti və onun psixologiyası üzərində işləməkdir, çünki həmin psixologiyada bir hal var, buna görə də Rusiyanın münasibəti hakimiyyətin orjinal bir “zəmanət kuponu” kimi müşahidə olunur. Bu mənada Putinin gəlib-gəlməyəcəyi hekayəsi Ermənistan cəmiyyəti üçün pratiki olaraq psixoloji testdir”, - deyə “Jamanak” qəzeti yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Putin   Ermənistan  

“Putinin Ermənistana gəlib-gəlməyəcəyi hekayəsi erməni cəmiyyəti üçün praktiki olaraq psixoloji testdir”

2019/09/45645-1567765471.jpg
Oxunub: 388     16:10     13 Sentyabr 2019    