Ermənistan polisinin yuxarı dairələri Paşinyan-“Sasna Tsrer” görüşündən narazıdır

2019/09/mails-1567846128.jpg
Oxunub: 15964     13:37     07 Sentyabr 2019    
“Sasna Tsrer” partiyasının (daha öncə silahlı qruplaşma-red.) üzvləri Jirayr Sefilyan və Qareqin Çuqaszyanın Paşinyanla bir neçə gün bundan öncə baş tutan görüşünə Ermənistan dövlət stukturlarında kifayət qədər sərt reaksiya göstərilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan polisinin yuxarı dairələrinin nümayəndələri Paşinyanın İrəvanda terror həyata keçirmiş, üç polisi öldürmüş qrupun rəhbərliyini yüksək səviyyədə qəbul etməsindən narazıdır.

Məlumata görə, Paşinyan “Sasna Tsrer”i aktivləşdirməklə öz hakimiyyətini təhdid edən siyasi qruplara qarşı yeni müqavimət ocağı yaratmaq istəyir. “Sasna Tsrer” daxili-siyasi gərginlik ocaqlarını sərt əks-təsirlə sakitləşdirmək üçün “siyasi çəkic” rolunu oynayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Sasna-Tsrer   Terror  


Bizi "telegram"da izləyin