“Paşinyanın Sefilyanla görüşü hüquq-mühafizə orqanlarına qarşı nümayiş demarşı idi”

2019/09/76876-1567767103.jpg
Oxunub: 26264     16:56     06 Sentyabr 2019    
“Paşinyanın “Sasna Tsrer” partiyasının (daha öncə silahlı qruplaşma-red.) üzvü Jirayr Sefilyan və Qareqin Çuqaszyanla dünənki görüşü hüquq-mühafizə orqanlarına qarşı nümayiş demarşı idi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Alternativ Lahiyələr Qrupunun nümayəndəsi Marine Sukisyan deyib.

O qeyd edib ki, dövlətin hüquq-mühafizə orqanları dünənki görüşdən başa düşüblər ki, ölkənin bugünkü rəhbəri hər an öz maraqlarından çıxış etməklə onlara atəş açan, onların dostlarını öldürən insanlarla görüş keçirə bilər

“Başa düşmək lazımdır ki, Polis rəisi, MTX rəisi, çoxlu sayda polis və MTX zabitləri, xidmətçiləri nə üçün Paşinyanın delegitimizasiyasına məruz qalır. Paşinyan onların dostlarını, xidmət yoldaşlarını öldürən, İrəvanda Polis Post Patrul Xidməti alayı üzərinə silahlı hücum həyata keçirmiş qruplaşmanın rəhbərləri ilə görüş təşkil edir və spiker vasitəsilə bunun xüsusi əhəmiyyətini vurğulamaqla hüquq-mühafizə orqanlarını, onların ləyaqətini təhqir edir. Paşinyan Polis Post Patrul Xidməti alayının tutulması zamanı öldürülmüş polislərin ailə üzvləri və onların dostlarının gözlərinə necə baxacaq?”, - deyə Sukisyan qeyd edib.

O bildirib ki, dünənki görüşdən sonra cəmiyyətin şüurlu təbəqələrində hər kəs şok əhval-ruhiyyəsi yaşayıb.

“Bu şok yaxın günlərdə parlament sıralarına da yayılacaq. Problem ya dövlətin hüquq-mühafizə sistemini ruhdan salmaqdır, ya da hansısa daxili proses mövcuddur, biz bundan xəbərdar deyilik və bu, Paşinyanın yeni, hövsələsiz tərəfdarlarının, yeni komanda yaratmağının səbəbidir. İki halda da Paşinyan dövləti şoklara və qeyri-sabitlik mərhələsinə aparır”, - deyə Sukisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Sasna-Tsrer   Terror  


Bizi "telegram"da izləyin