Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qondarma qurumun Təhlükəsizlik Şurasının sabiq katibi Vitali Balasanyan da istintaqa cəlb olunub.
Balasanyan sentyabrın 5-də dindirilmək üçün Ermənistan Xüsusi İstintaq Xidmətinə çağırılması ilə bağlı sentyabrın 4-ü axşam bildiriş alıb. Lakin bildirişin gec olmasına görə, istintaq günü təxirə salınıb.
Qarabağda düşünürlər ki, bu vəziyyətdə Robert Köçəryan və Qaqik Xaçatryana qarşı tətbiq olunmuş hiylə - istintaq adı altında dəvət etmək və həbs etmək Balasanyana qarşı da həyata keçiriləcək.
Məlumata görə, Balasanyanı dəvət etmək üçün real səbəb onun son günlər verdiyi müsahibələri və açıqlamalardır. Xüusilə də, ən real səbəb Balasanyanın 1 Mart hadisələri zamanı xalqın üzərinə atəş açılmasına görə Levon Ter-Petrosyan və onun qrupunu günahlandırmasıdır: “Xalqın üzərinə atəş açmaq nə deməkdir? Xalqın üzərinə Levon Ter-Petrosyan və onun qrupu atəş açıb. Mən də “1 Mart” hadisələrindən xəbərdaram, mənim də məlumatlarım var”.
Balasanyan Ermənistan hakimiyyətini sərt tənqid edib və hüquq-mühafizə orqanlarının fəaliyyətinə istehza edərək bildirib ki, ona qarşı İrəvanda “şoular” hazırlanıb və onun istintaqa çağırılması, lakin bu günə qədər hələ çağırılmaması haqqında danışırlar.
Balsanyana bildiriş verilməsi və digər məsələrlə bağlı Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohacanyanla əlaqə saxlanılsa da, o, şərh verməkdən imtina edib.
Alpər Mövludoğlu
Ordu.az