Pompeo NATO Baş katibi ilə görüşüb

2019/09/4C88B-1567508406.jpg
Oxunub: 29238     14:58     03 Sentyabr 2019    
ABŞ dövlət katibi Mayk Pompeo NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə NATO Baş katibi Stoltenberq "Twitter" səhifəsində yazıb.

"Mövcud təhlükəsizlik problemləri ilə bağlı dövlət katibi Pompeo ilə səmərəli görüşümüz oldu. NATO Əfqanıstandakı sülh təşəbbüslərini qətiyyətlə dəstəkləyir. Son dəhşətli hücumları qınayıram. NATO əfqan qüvvələrini dəstəkləməkdə qərarlıdır", - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pompeo   NATO  


Bizi "telegram"da izləyin