Paşinyan ABŞ-ın tələbinə necə cavab verəcək? – Tonoyan qarşıdır

2019/09/pash_-1567507142.jpg
Oxunub: 314     15:48     03 Sentyabr 2019    
ABŞ tərəfi erməni hərbi heyətinin Suriyadan çıxarılmayacağı təqdirdə, bunun münasibətlərə mənfi təsir edəcəyini və Amerika tərəfindən verilən minadan təmizləmə vasitələrinin istifadə edilə bilinməyəcəyini bəyan edib.

Ordu.az erməni KİV-lərinin istinadən xəbər verir ki, ABŞ hökuməti Ermənistan hakimiyyəti qarşısında Suriyadan qoşunların çıxarılması barədə tələb qoyub.

Məlumata görə, Ermənistan Müdafiə və Xarici İşlər nazirlərinin, o cümlədən bəzi səfirlərin iştirakı ilə qapalı müzakirə keçirilib. Müzakirə zamanı diplomatlar Ermənistanın Suriyaya hərbi heyət göndərməsinə görə ABŞ-ın narazı olduğunu bildirib.

Narazılıq Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryanın vasitəsilə ötürülüb. Bildirilib ki, erməni hərbi heyətinin Suriyada iştirakı Ermənistan-ABŞ münasibətlərinə mənfi təsir göstərir.

Maraqlıdır ki, ABŞ tərəfindən Ermənistan hakimiyyətinə bu mesaj Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin avqust ayının 12-13-də Ermənistana etdiyi səfərdən dərhal sonra ötürülüb. Patruşev hərbi heyətin tərkibinin artırılmasını təklif edib.

Diplomat tərəfindən ötürülən bu məlumat Ermənistan Müdafiə naziri Davit Tonoyan və Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında müzakirə edilib. ABŞ tərəfinə hansı cavabın verilməsi Mnatsakanyanı narahat edərkən, Tonoyan qüvvələrin çıxarılmasına qarşı olduğunu bildirib. Nazirlər diplomatla müzakirə zamanı yaranmış vəziyyətdən çıxış yolunu axtarmağa çalışıb.

Hər iki halda Ermənistan problemlə üzləşəcək. Bir tərəfdən Rusiya, digər tərəfdən Birləşmiş Ştatlarla problemləri yarana bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   ABŞ   Suriya  

Paşinyan ABŞ-ın tələbinə necə cavab verəcək? – Tonoyan qarşıdır

2019/09/pash_-1567507142.jpg
Oxunub: 315     15:48     03 Sentyabr 2019    