Ehtiyatda olan erməni mayor: “MN-də elə insanlar var ki, sərhədin yerini də bilmir”

2019/09/image-1567494742.jpg
Oxunub: 32895     14:52     03 Sentyabr 2019    
“Ermənistan Müdafiə Nazirliyi mənim hüquqlarımı pozub və mənə ödəniləcək kompensasiyadan imtina edib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Tsolak Xaçatryan bu gün hökumət binası qarşısında növbəti dəfə aclıq aksiyası keçirən zaman deyib.

Xaçatryan bildirib ki, söhbət illik məzuniyyətlərin kompensasiyasıdan, hərbi xidmətdən təxris zamanı verilən on beş qat ödənişdən və qeyri-iş günlərində işləməyə görə verilən məbləğlərdən gedir.

“Müdafiə Nazirliyində elə insanlar var ki, sərhədin yerini də bilmir, ancaq yüksək vəzifə tutur. Ermənistanda nə qədər səfirlik varsa, hamısının qarşısında etiraz aksiyası keçirəcəm”, - deyə Xaçatryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Etiraz  


Bizi "telegram"da izləyin