Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri onun vəkili Levon Bağdasaryan deyib.
“Sonu görünmədiyi üçün təyin olunan vaxtlarla bağlı məyus oluruq. Manvel Qriqoryan idarələrarası komissiyanın müvafiq məktubuna əsasən, 3 gün “Armenia” tibb müəssisəsində olub. Onların təyin etdiyi həkimlər müayinə keçirib və həmin nəticələr bizim əlimizdədir. Həkimlər 1 il əvvəl edilən müayinələrlə müqayisədə, mənfi dinamika qeyd ediblər. Lakin bunun sonu görünmür, nəticədə insan həbsdə olmaqla girov vəziyyətində saxlanılır”, - deyə Bağdasaryan bildirib.
O qeyd edib ki, Qriqoryan 30 növ xəstəlikdən əziyyət çəkir.
Xatırladaq ki, general Manvel Qriqoryan 2016-cı ilin aprel döyüşlərində və ondan sonrakı dövrdə cəbhədə erməni əsgərlər üçün nəzərdə tutulmuş və könüllülərin ehtiyaclarını ödəmək üçün ayrılan əmlakın mənimsənilməsində ittiham edilir. Başqa bir iş üzrə Qriqoryan və onun arvadı Nazik Amilyan, onların övladı Arman Qriqoryan istintaqa məlum olmayan digər şəxslərlə əvvəlcədən razılığa gələrək, qanunsuz yolla silah, hərbi sursat, silah mərmiləri, partlayıcı vasitələr əldə etmək, daşımaq və özlərinə aid olan mənzillərdən birində saxlamaqda ittiham edilirlər.
Alpər Mövludoğlu
Ordu.az