Yuri Xaçaturovun oğlu Xaçatryana qarşı iddiasından imtina edib

2019/08/surik-1567246311.jpg
Oxunub: 507     17:40     02 Sentyabr 2019    
KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov Sünik vilayətinin keçmiş rəhbərinə qarşı məhkəmə iddiasından imtina edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistann “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov naməlum səbəblərdən 9 aydan sonra Sünik vilayətinin keçmiş rəhbərinə qarşı məhkəmə iddiasından imtina edib.

“Məlum olduğu kimi, 2018-ci il oktyabrın 8-də KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturovun oğlu, İqor Xaçaturov qonşusu olan Sünik vilayətinin keçmiş rəhbəri Surik Xaçatryanı və onun arvadı Loreta Barseğyanı məhkəməyə verib. İddiaçı İqor Xaçaturov tələb edirdi ki, məhkəmə cavabdeh tərəfin zəbt etdiyi onun torpaq sahəsindəki tikililəri dağıdaraq, ərazinin əvvəlki vəziyyətinə qaytarılması işlərinə mane olmasınlar. Xaçatryanların vəkili Martin Zülfüqaryan heç bir qanunsuz hərəkətə yol verilmədiyini iddia etsə də, Xaçaturovun oğlu, İqor Xaçaturov məhkəməyə iddia ərizəsi ilə müraciət edərək tikintinin bir hissəsinin onun torpaq sahəsində aparıldığını iddia edib. Bütün bunlara baxmayaraq, qonşular öz aralarında görüş keçirərək, ümumi fikirə gəlməyə qərar veriblər. Məlum olub ki, Xaçaturovun vəkilləri 2019-cu ilin 23 iyul tarixində baş tutan məhkəmə prosesi zamanı təqdim edilən iddiadan imtina edib və mülki iddiaya xitam verilməsini xahiş ediblər. İrəvan məhkəməsinin hakimi Qriqor Vardanyan iyulun 31-də qərar qəbul edərək, cinayət işinə xitam verib”, - deyə “Joğovurd” bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   KTMT  

Yuri Xaçaturovun oğlu Xaçatryana qarşı iddiasından imtina edib

2019/08/surik-1567246311.jpg
Oxunub: 508     17:40     02 Sentyabr 2019    