MDB-yə üzv olan ölkələrin ortaq hava hücumundan müdafiə sisteminin qoşunlarının 2019-cu ildə həyata keçirəcəkləri birgə tədbirlər planına əsasən, “Döyüş Birliyi-2019” birgə hərbi təlimlərində iştirak edən Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının bölməsi Rusiyanın “Aşuluk” hərbi təlim mərkəzinə gəlib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsi məlumat yayıb.
Məlumata görə, “Döyüş Birliyi-2019” birgə hərbi təlimlərinə sentyabr ayının 2-də start veriləcək.
Qeyd olunur ki, təlimlərdə MDB-nin 7 ölkəsi iştirak edir.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rusiya-Ermənistan
HHM