Türkiyə və Rusiya prezidentləri Moskvada aviasiya sərgisinin açılışında iştirak ediblər

2019/08/15669-1566902379.jpg
Oxunub: 24760     14:38     27 Avqust 2019    
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Moskvada “MAKS-2019” aviasiya və kosmos sərgisinin açılışında iştirak ediblər.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rusiya paytaxtında işgüzar səfərdə olan Türkiyənin dövlət başçısı rusiyalı həmkarı ilə təkbətək görüş də keçirib.

Açılış mərasimində çıxış edən R.T.Ərdoğan qeyd edib ki, sentyabrın 2-də İstanbulda da TEKNOFEST aviasiya və kosmik texnologiyalar sərgisi keçiriləcək.

"Hazırda Türkiyənin müdafiə sənayesi 2,5 milyard dollar həcmində məhsul ixrac edib. Türk istehsalı olan T-129 ATAK helikopterlərinə maraq gündən-günə artır. Həmçinin, Ankara beşinci nəsil hərbi təyyarələrin də istehsalına hazırlaşır", - deyə Türkiyə prezidenti qeyd edib.

Öz növbəsində Putin bildirib ki, bu sərgidə 210 hava gəmisi təqdim edilib. Aviasalonda 33 ölkədən 827 şirkət iştirak edir. Onun sözlərinə görə, cümə hününədək sərgi sifarişləri və 40 ölkənin nümayəndə heyətlərini qəbul edəcək. Sonra isə əhali üçün açıq olacaq və aviasalona 500 min insanın baxması gözlənilir.

Açılış mərasimindən sonra prezidentlər arasında geniş tərkibdə görüş keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin