Ordu.az xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
Sirikdə fəaliyyət göstərən IRIB müxbirinin sözlərinə görə, yerli vaxtla təxminən saat 23:15-də Taherou limanı ətrafında partlayış səsləri qeydə alınıb.
Hərbi mənbə bildirib ki, partlayışın səbəbi Taherou limanı yaxınlığına mərminin düşməsi olub.
Məlumata görə, bundan bir neçə saat əvvəl Sirik bölgəsində Hörmüz boğazının rejimini pozduğu bildirilən gəmilərin istiqamətində xəbərdarlıq atəşləri açılıb.
Bundan əlavə, daha əvvəl Karpan bölgəsindən Hörmüz boğazı istiqamətində iki xəbərdarlıq raketi buraxıldığı da bildirilib.
Sevinc Əliyeva
Ordu.az