İsrail qoşunlarını Livanın cənubundan çıxarmayacaq

2026/06/1780938507.jpg
Oxunub: 189     06:15     27 İyun 2026    
İsrailin Baş naziri Binyamin Netanyahu Livanla bağlı çərçivə sazişini İrana zərbə adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Onun sözlərinə görə, rəsmi Tehranın tələblərinə baxmayaraq, İsrail qoşunları təhlükəsizlik səbəbləri ilə Livanın cənubundan çəkilməyəcək.

"Uuzun danışıqlar nəhayət ki, öz bəhrəsini verib. Ən əsası odur ki, İsrail Livanın cənubundakı təhlükəsizlik zonasında qalır. Bu, böyük bir nailiyyətdir və biz "Hizbullah" silahsızlaşana və İsrail dövləti təhdid altında qaldığı müddətcə bunu qoruyub saxlayacağıq. Əlbəttə ki, biz Livan ordusuna ərazi üzərində nəzarəti ələ keçirmək üçün hazırlıqlara başlamağa icazə veririk və hər ikisi də ordunun tövsiyəsi ilə Livanın cənubunda iki pilot zonası yaradırıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail   Livan  


Bizi "telegram"da izləyin