Ermənistanda diviziya komandiri mənimsəmə faktına görə ittiham edilir

2018/08/22656483_2394779937414827_669105212_n_1508415794234234_1511164685_1511247549_1529401598_1534254423.jpg
Oxunub: 5017     15:13     27 Avqust 2019    
Ermənistan Müdafiə Nazirliyinin “N” saylı diviziyasının komandiri qış ayı üçün nəzərdə tutulan dizel yanacağını mənimsəyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni diviziya komandiri 2016-cı ilin aprelindən 2019-a qədər iyul ayına qədər tabeçiliyində olan bölmələr üçün nəzərədə tutulan 19.950 litr qış dizeli və 100 litr benzini (9.538.457 dram dəyərində) mənimsəyib.

Bundan əlavə, polkovnik-leytenant onun rəhbərliyi altında olan radiolokasiya stansiyasından həyata keçirilmiş oğurluq haqqında, rəsmi mövqeyindən sui-istifadə edərək yuxarı rəhbərliyə müəyyən edilmiş qaydada məlumat verməyib və məsələ bir neçə ay sonra hüquq mühafizə orqanlarına bildirilib.

Əldə olunan kifayət qədər sübutlar əsasında polkovnik-leytenant, Ermənistan Respublikası Cinayət Məcəlləsinin 179 maddəsinin 3-cü bəndinin 1-ci punktu və 375 maddənin 1-ci bəndində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilir.

Cinayət işi üzrə ibtidai istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yeyinti  


Bizi "telegram"da izləyin