“Paşinyan Harutyunyanı bir kadr kimi “istifadə” etməyə çalışacaq” - Bozoyan

2019/08/16876-1566900864.jpg
Oxunub: 621     16:02     27 Avqust 2019    
“O, keçmiş hakimiyyətlə ciddi, pis münasibətlərə malik olduğundan Paşinyanın təbii müttəfiqinə çevrilir. Vağarşak Harutyunyanın Baş Qərargah rəisi təyin edilə biləcəyi ilə bağlı yayılan şayiələr bununla bağlıdır”.

Ordu.az xəbər verir ki, bu sözləri “Politekonomiya” araşdırmalar institutunun siyasi şərhçisi Yervand Bozoyan “Sputnik Armenia” agentliyinə müsahibəsində, Nikol Paşinyanın Vağarşak Harutyunyanın hərbi rütbəsinin bərpa edilməsində etdiyi vasitəçilikdən bəhs edərkən deyib.

Onun sözlərinə görə, Vağarşak Harutyunyanın Ermənistan Silahlı Qüvvələrinin Baş Qarargah rəisi vəzifəsinə təyinatı haqqında mətbuatda yayılan məlumatlar doğru ola bilər.

“O, keçmiş hakimiyyətlə ciddi, pis münasibətlərə malik olduğundan Paşinyanın təbii müttəfiqinə çevrilir. Vağarşak Harutyunyanın Baş Qərargah rəisi təyin edilə biləcəyi ilə bağlı yayılan şayiələr bununla bağlıdır. KTMT-nin Baş katibi vəzifəsində Ermənistanın nümayəndəsi Xaçaturovun əvəz edilməsi halında da Vağarşak Harutyunyanın namizədliyi hallanırdı. Lakin indiki hakimiyyət bu vəzifəni qoruyub saxlamağa nail ola bilmədi. İndi Paşinyan, Harutyunyanı başqa yerdə “istifadə” etməyə çalışacaq”, - deyə Bozayan bildirib.

Erməni politoloq, Paşinyan hakimiyyəti tərəfindən bu kimi kiçik hadisələrlə ictimaiyyətin fikrini Amulsar mədənində baş verənlərdən yayındırmağa çalışmasını istisna etmədiyini də vurğulayıb.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyanın əmri ilə Vağarşak Harutyunyanın hərbi rütbədən məhrum edilməsi haqqında 2002-ci il 22 iyul tarixli əmr qüvvəsini itirmiş hesab olunub.

Ermənistan sabiq Müdafiə naziri Vağarşak Harutyunyan 2002-ci il 22 iyul tarixində Ermənistan prezidenti Robert Köçəryanın əmri ilə “general-leytenant” hərbi rütbəsindən məhrum edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Vağarşak-Harutyunyan   BQR  

“Paşinyan Harutyunyanı bir kadr kimi “istifadə” etməyə çalışacaq” - Bozoyan

2019/08/16876-1566900864.jpg
Oxunub: 622     16:02     27 Avqust 2019    