Ermənistan MN-in hərbi hissə komandirinin müavini qəzaya uğrayıb

2019/01/c27a3-1547444212.jpg
Oxunub: 9484     11:37     27 Avqust 2019    
Avqustun 25-də Ermənistanın Kotayk vilayətində avtoqəza baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 20:40 radələrində Hrazdan-Hankavan avtomobil yolunun başlanğıc hissəsindəki körpünün üzərində Hrazdan şəhər sakini, 66 yaşlı A.Mayisin idarə etdiyi “35 PO 688” qeydiyyat nömrəli “Opel” markalı və 27 yaşlı A. Arturun idarə etdiyi “BMW” markalı “89 VP 009” qeydiyyat nömrəli maşınlar toqquşub.

Qəza nəticəsində 66 yaşlı A.Mayisin şərnişinləri Hrazdan sakinləri, 37 yaşlı A.Romik, 31 yaşlı Ş.Voski bədən xəsarətləri ilə Hrazdan tibb mərkəzinə köçürülüb.

Məlumata görə, yaralılardan A.Romik Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsinin komandir müavinidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qəza  


Bizi "telegram"da izləyin