Ermənistanda narkoman hərbi qulluqçu saxlanılıb

2019/08/16273-1566888970.jpg
Oxunub: 7416     11:01     27 Avqust 2019    
Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçusu narkotiklə saxlanılaraq polisə aparılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, avqust ayının 25-də Tumanyan polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları “Çətənə-Xaşxaş 2019” kompleks əməliyyat qabaqlayıcı tədbirləri çərçivəsində əldə etdikləri məlumat əsasında qanunsuz narkotik maddə saxlama və istifadə etmə şübhəsi ilə Alaverdi rayon Odzun kənd sakini 35 yaşlı X.Anuşavanı saxlayaraq polisə aparıblar.

Verilən məlumata görə, üzərində axtarış aparılarkən, qurudulmuş kütlə aşkarlanıb. X.Anuşavan polislərə məlumat verərək bildirib ki, həyətyanı sahəsindəki mal damının arxasında Xaşxaş növlü bitkini becərməklə, çəkmək məqsədilə istifadə edib.

Fakt üzrə Tumanyan polis şöbəsində materiallar hazırlanır.

Məlumata əsasən, X.Anuşavan Ermənistan MN-in hərbi hissələrindən birində müqaviləli hərbi qulluqçu olaraq xidmət edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin