İranlı admiral: "Dəniz Qüvvələrimiz "Adrian Dərya"nı qorumağa hazırdır"

2019/08/image-1566821814.jpg
Oxunub: 19930     19:14     26 Avqust 2019    
İran Silahlı Qüvvələri (İSQ) Baş Komandanının müavini admiral Həbibullah Səyyari Dəniz Qüvvələrinin "Adrian Dərya" tankerini qorumağa hazır olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, admiral Səyyari mərasimlərdən birində jurnalistlərin mövzu ilə bağlı suallarına cavab verib.

Səyyari İran Dəniz Qüvvələrinin indiyə qədər də Ədən körfəzi və Qırmızı dənizdə beş-altı min gəmiyə mühafizə təmin etdiyini və etibarlı bir şəkildə hərəkət etmələrinə kömək etdiyini bildirib.

O, bundan sonra da başda "Adrian Dərya" neft tankeri olmaqla İran gəmilərinə və neft tankerlərinə lazımlı mühafizəni təmin edəcəklərini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Adrian-Dərya  


Bizi "telegram"da izləyin