Erməni hərbi qulluqçu avtomobillərin yedəklənməsinə görə dava edib

2019/08/v7_7-1566808923.jpg
Oxunub: 25459     14:13     26 Avqust 2019    
Avqust ayının 25-də, saat 23:10 radələrində Ermənistanın Loru vilayətinin Alaverdi şəhərində baş verən mübahisə əlbəyaxa davaya çevrilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Alaverdi şəhərinin Tumanyan küçəsində yerləşən idman məktəbi binasının ərazisində baş verən mübahisədə Çoçkan kənd sakini 34 yaşlı Askanaz Aslanyan və Alaverdi şəhər sakini 31 yaşlı Qevork Qevorkyan arasında mübahisə baş verib.

Hər iki şəxs polis bölməsinə aparılıb. Araşdırma zamanı məlum olub ki, avtomobillərin yedəklənməsinə görə bir-birilə mübahisə ediblər. Nəticədə hər iki nəfər bir-birinə qarşılıqlı zərbə endirməklə xəsarət yetirib. Məhkəmə tibbi ekspertizası təyin olunub.

Məlumata əsasən, A.Aslanyan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müqaviləli hərbi qulluqçu olaraq xidmət edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Dava  


Bizi "telegram"da izləyin