“Hraparak”: Dünyada Nikoldan daha yaxşı aktyor yoxdur

2019/08/CDD7F-1566804331.jpg
Oxunub: 20346     11:58     26 Avqust 2019    
“Dünyada Nikoldan daha yaxşı aktyor yoxdur... deyin niyə?”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Hraparak” nəşri yazıb.

Nəşrə görə, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın Gümrü şəhərinə səfəri zamanı nümayiş olunan teatr tamaşasında onu ələ salıblar.

“Gümrü şəhər gününə həsr edilmiş bayram tədbirləri davam edir. Fəxri qonaq həyat yoldaşı və qızları ilə birlikdə Baş nazir Nikol Paşinyandır. Açıq havada teatr tamaşalarını seyr edərək, şəhərdə gəzirdilər. Tamaşalardan biri də böyük Mher Mkrtçyana həsr olunub.

Aktyor onu təcəssüm etdirərək deyirdi: “Gümrü nə yaman dəyişib. Görəsən bizim toxuculuq durur hələ? Orada bir teatr qrupu vardı. Orada başladım, orada başa düşdüm, orada teatr qrupuna getdim. Rəhbəri yoldaş Nikol idi. Dünyada Nikoldan daha yaxşı aktyor yoxdur. Bu mənə indi də belə görünür. Hələ, deyin niyə? Ona görə ki, yoldaş Nikol mənə teatrın elementlərini öyrədib”.

Qeyd edək ki, bu bölüm nəinki tamaşaçıları güldürdü, həm də Baş nazirin gülüşünə səbəb oldu, çünki adın təsadüfən uyğun gəlməsi həqiqətən qəribə idi”, - deyə “Hraparak” bildirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gümrü   Paşinyan  


Bizi "telegram"da izləyin