Ordu.az "Shamshyan.com"a istinadən xəbər verir ki, dünən saat 10:30 radələrində Şenqavit rayon polis şöbəsinə daxil olan məlumatda mənzillərdən birində meyit aşkar edildiyi bildirilib.
Polis əməkdaşları İrəvan şəhərinin Yeğbaryutyun küçəsindəki mənzildən ürək nahiyyəsindən aldığı odlu silah yarası ilə ev sahibi 55 yaşlı S.Qəhramanyanın meyitini aşkar ediblər.
Fakt üzrə Şenqavit rayon polis idarəsində materiallar hazırlanır.
KİV-lərin yaydığı məlumata əsasən, meyitin yanında “Makarov” tipli tapança da aşkar edilib. Ölən şəxsin əvvəllər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri ekspertizadan sonra müəyyən ediləcək.
Alpər Mövludoğlu
Ordu.az