XİN: Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində keçirilən qondarma “prezident seçkiləri”nin nəticələrini tanımır

2019/08/a8830-1566798913.jpg
Oxunub: 8750     09:53     26 Avqust 2019    
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində avqustun 25-də keçirilən qondarma “prezident seçkiləri”nə münasibət bildirib.

Ordu.az xəbər verir ki, XİN məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Gürcüstan  


Bizi "telegram"da izləyin