Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən, saat 20:00 radələrində Cambarak-Draxtik magistralının 10-cu km sektorunda Ttu Cur kəndinin sakini, 28 yaşlı V. Karenin idarə etdiyi VAZ 2121 markalı 33 XX 909 nömrəli və Cambarak şəhər sakini, 27 yaşlı A.Taronun idarə etdiyi "Mercedes" markalı 36 FC 016 nömrəli avtomobillər toqquşub.
Qəza nəticəsində 2 sürücü və onların sərnişinləri, 25 yaşlı A. M, 25 yaşlı H. V müxtəlif bədən xəsarətləri ilə Cambarak tibb mərkəzinə köçürülüb.
İlkin məlumata görə, qəzanın günahkarı qarşı zolaqdan çıxaraq "Mercedes"lə toqquşan "Niva" avtomobilinin sürücüsü olub.
Məlumata görə, sürücülərdən biri olan A.Taron Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində işləyir.
Alpər Mövludoğlu
Ordu.az