Tarixi şəxsiyyətlər tarixlər yaradır

2019/08/580a2-1566637020.jpg
Oxunub: 277     12:00     27 Avqust 2019    
Tarix heç nəyi unutmur. Unudulmayan, unudulmayacaq tarixlərin yaradıcısı tarixi şəxsiyyətlərdir. Xalqı tarixdə onlar təmsil edirlər. Bəzən böyük bir zaman vahidi onların adıyla tarixləşir; Azərbaycanın XX əsrin ikinci yarısından sonrakı tarixi birmənalı şəkildə azərbaycanlı olmasıyla həmişə fəxr edən Heydər Əliyevin siyasi qüdrətiylə qoşa xatırlanmalıdır, xatırlanılır.

Böyük tarixi şəxsiyyət ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin bir hissəsi ordu quruculuğuyla bağlıdır. Hərbi hissənin zabiti polkovnik-leytenant Rüstəm Məmmədov dedi ki, ümummilli lider Heydər Əliyevin irsi ordu quruculuğunda da istinad edilməli əvəzsiz mənbədir. Hərbi hissədə bu irsdən biz də sevgilərlə danışdıq, əsgərlər də. Əsgərlərdən eşitdiklərimi belə ümumiləşdirdim:

Böyük tarixi şəxsiyyət ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyinin ilk illərində - 1971-ci ildə imperiyanın olduqca ciddi qadağalarına, gizlin-aşkar təhdidlərinə məhəl qoymadan Azərbaycan üçün, azərbaycançılıq üçün olduqca gərəkli, dəyərli bir təhsil müəssisəsinin yaradılmasına nail olub - Bakıda sonralar Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırılacaq ibtidai hərbi məktəb yaradıldı. Bu məktəbin məzunları sabiq SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil aldı, müxtəlif qoşun növlərində xidmət edib, nümunəvi xidmətiylə özünə də, xalqına da kifayət qədər rəğbət qazandırıb.

Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başlayanda bu məktəbin məzunu olmuş zabitlər Vətənə qayıtdı; onların vətənpərvərlik duyğuları C.Naxçıvanski adına hərbi məktəbdə təhsil aldığı illərdə yüksək səviyyədə formalaşırdı. Dövlət müstəqilliyi bərpa edilmiş Azərbaycanın 71 ildən sonra yaradılan ordusu bu zabitlərlə komplektləşirdi, bu komplektləşmə ordu quruculuğunun tərkib hissələrindən biri olan peşəkarlığın başlanğıcını şərtləndirirdi. Yəni sovet dönəmində yaradılan C.Naxçıvanski adına Hərbi Liseyin Azərbaycana hansı səviyyədə gərəkli olması 30 ildən sonra təsdiqlənib...

Əsgər 20 Yanvar hadisəsinə Heydər Əliyevin münasibətini xatırlatdı. İmperiya Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq üçün qırğın törətdi, əhalini gülləbaran elədi. Yüzlərlə vətəndaş, bu sıradan qoca, qadın, uşaq qətlə yetirildi; yaralandı. Bu, imperiyanın əyalətdə törətdiyi soyqırımı idi. Ömrünü Azərbaycan üçün yaşayan dahi tarixi şəxsiyyət Heydər Əliyev faciənin səhərisi gün - yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyindəki çıxışında günahkarların, o cümlədən Mixail Qorbaçovun cəzalandırılmasını tələb etdi. Bu çıxışın dəyərli, kəskin tezisləri xalqın adından deyilən fikirlər kimi qəbul edilib. İmperiya Heydər Əliyev amilinə qətiyyən biganə qala bilməzdi - Azərbaycanın haqq səsindən çəkinib...

Əsgərlər bunları o qədər qəzəblə - qırğına görə, o qədər sevgilərlə - Ümummilli Liderin Azərbaycana sevgisinə görə deyirlər ki!..

Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bu sənəd dövlətçiliyin bərpa olunmasının sənədi idi...

Azərbaycanda hakimiyyət boşluğu, qarşıdurmalar, əsassız ambisiyalar dövlətçiliyə böyük təhlükə yaratmışdı. Yerli müdafiə batalyonları kimlərinsə iradəsinin müdafiəçisiydi. Belə bir şəraitdə Azərbaycan dövlətçiliyini itirə bilərdi. Onda xalq təkidlə, qətiyyətlə böyük tarixi şəxsiyyət, ən böyük azərbaycanlı Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu Öndər xalqın tələbini yerinə yetirdi. Azərbaycan dövlətçiliyi xilas edilib.

Əsgər Elgün Həsənov Ümummilli Liderin - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ilk sərəncamlarını xatırladaraq dedi ki, yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq yaradıldı. Bu, ordunun nizami ordu kimi formalaşmasının başlanğıcı kimi ordu quruculuğunun yeni, olduqca vacib bir mərhələsi olub.

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin ön xətdə, səngərlərdə əsgər və zabitlərlə görüşləri, hərbi xidmətdə fərqlənənlərin bilavasitə səngərdə təltif edilməsi şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəlməsini təmin etdi. Sonralar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ulu Öndərin yolunu, amalını bu istiqamətdə də uğurla, daha əhatəli şəkildə davam etdirib” - əsgərin dedikləri də maraqla dinlənilib.

Əsgər onsuz da unudulmayan Horadiz əməliyyatını yada salaraq dedi ki, bu əməliyyat Ulu Öndərin sərkərdəlik istedadının təsdiqi kimi tarixləşdi. Ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı sonrakı illərdə bu ovqat əsasında formalaşdırıldı, bu ovqat üzərində quruldu.

Əsgərin “2016-cı ilin Aprel döyüşlərini 1994-cü ilin yanvar döyüşlərinin mənəvi davamı hesab etmək olar” - fikri maraqla qarşılandı...

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu əsgər Elgün Həsənov Ulu Öndərin Azərbaycanın ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafı istiqamətində böyük xidmətlərindən danışaraq dedi ki, istər sovet dönəmində, istərsə də müstəqillik illərində böyük tarixi şəxsiyyət Heydər Əliyev tarixi işlər görüb. Neçə-neçə şair və yazıçının yüksək fəxri ad almasını təmin etdi, klassiklərin adının əbədiləşdirilməsi baxımından abidələri ucaldıldı, əsərləri nəşr edildi. İlk yazılı tarixi abidəmiz olan “Kitabi Dədə Qorqud”un yubileyinin keçirilməsi dünyaya bir daha xatırlatdı ki, Azərbaycan qədimdən də qədim dövlətdir, onun çox qədim mədəniyyəti var.

Əsgərin sözünün qüvvəti kimi, o da deyilib ki, Ulu Öndərin təşəbbüsü və təşkilatçılığı ilə böyük romantik şair Hüseyn Cavidin nəşi uzaq İrkutskdan Azərbaycana gətirildi. Bu təkcə Hüseyn Cavid yaradıcılığına deyil, ümumən Azərbaycan ədəbiyyatına sayğı kimi dəyərləndirilib.

Əsgərlər Ulu Öndərin bir kəlamını da xatırlatdı: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu fikri, bu kəlamı böyük tarixi şəxsiyyətin azərbaycançılıq ideologiyasının nəzəri əsası bilirik. Biz də, zabitlər də, əsgərlər də. Bu ideologiya Heydər Əliyevin təşəbbüsüylə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayından üzü bu yana milli birliyi, məqsəd eyniliyini təmin edən ideologiya kimi yaşadılır...

...”N” hərbi hissəsində əsgərləri böyük tarixi şəxsiyyət Heydər Əliyevin irsini yüksək səviyyədə öyrənirlər. Bu proses ordu quruculuğunu şərtləndirən vacib amillərdəndir...

(A.O)
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ümummilli-Lider   Heydər-Əliyev  

Tarixi şəxsiyyətlər tarixlər yaradır

2019/08/580a2-1566637020.jpg
Oxunub: 278     12:00     27 Avqust 2019    