Yezidi hərbi qulluqçunun 1 il davam edən əzabları bitdi – O, artıq evdədir

2019/08/69842-1566633734.jpg
Oxunub: 27126     17:44     26 Avqust 2019    
Ermənistan Müdafiə Nazirliyinin “simulyant” elan etdiyi 20 yaşlı yezidi əsgəri Yurik Broyanın işgəncələri başa çatıb, o, artıq evdədir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, avqustun 20-də Hərbi Tibbi Komissiya nəhayət sağlamlıq problemləri olan əsgərin də təqdim edildiyi iclas keçirib.

İclas zamanı yezidi hərbi qulluqçu Yurik Broyanın tərxis edilməsi barədə qərar qəbul edildi. Bu barədə ona şifahi məlumat verilib.

“Ona 30 gün müddətinə məzuniyyət verilib. Hazırda Kanaz hospitalından evə buraxılıb, bir ay müddətinə qanunauyğun sənədləşmə işləri aparılacaq, sonra nəhayət təxris ediləcək”, - deyə vəkil bildirib.

Səkkiz aydır ki, “İnsan haqları naminə jurnalistlər” ictimai təşkilatı yezidi hərbi qulluqçu ilə bağlı baş verənləri izləyirdi. Bununla da yezidi hərbi qulluqçunun sağlamlığı ilə bağlı ortaya çıxan problemlər, orduda ona qarşı edilən haqsızlıqlar və işgəncələr cəmiyyətin diqqət mərkəzində saxlanırdı.

Məhkəmə tibbi ekspertizası əsgərin simulyant olmadığını, onun həqiqətən də sağlamlığında problemlərin olduğunu təsdiq edib. Bundan başqa Broyan hərbi xidmətə çağrıldıqdan 10 gün sonra qulluq etdiyi hərbi hissənin tabor komandiri tərəfindən işgəncələrə, zorakılığa məruz qalıb.

Xatırladaq ki, əsgər zehni geriqalma əlamətləri olan xəstəliklə orduya aparılıb. O, xəstəliklə bağlı dəfələrlə hərbi hospitallarda müalicə olunub, psixatriya bölməsinə yerləşdirilib.

“Forrights.am” saytı dəfələrlə hərbi qulluqçunun sağlamlığı ilə bağlı problemləri, onun qanunsuz olaraq hərbi polis bölməsində saxlanması məqamlarını işıqlandırıb. Həkimlər, onun sinir sistemi ilə bağlı xəstəliklərinə diaqnoz qoyulmasına da çətinliklər çəkirlər. Bildirilirdi ki, Broyan məktəbə getməyib, yazıb-oxuya bilmir.

Keçən ilin avqust ayında Ermənistan Mərkəzi Tibbi Komissiya onu yüngül zehni geriqalma diaqnozu ilə hərbi xidmətə yararlı hesab edərək, orduya yola salıb. Qarabağın işğal altında olan Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan 49971 nömrəli hərbi hissəsində xidmətə başlayan Broyan ayaqlarının zəifliyi səbəbindən sıra addımları ilə yeriyə bilmədiyinə görə, hərbi hissə komandanlığı onun “simulyant” olduğuna qərar verib.

Qulluğa başladıqdan 10 gün sonra tabor komandiri onu döyüb, əşya otağında bağlı halda saxlayıb. Özünqəsdetmə cəhdindən sonra Kanaz hərbi hospitalına təxliyyə edilib. Vurulan iynələrdən sonra 5 ay müddətinə danışma qabiliyyətini itirib. Döyülməsi ilə bağlı isə heç kimə ətraflı məlumat verə bilməyib.

Nəhayət, “İnsan haqları naminə jurnalistlər” ictimai təşkilatı baş verənlərlə bağlı ətraflı məlumat əldə edə bilib və hadisələrin sonrakı inkişafını daim nəzarətdə saxlayıb.

Hazırda yenə onun vəziyyəti eyni halda qalmaqda davam edir. Başı daim əsir, əlavə müalicəyə ehtiyacı var. Yezidi əsgərin anası Marine bildirib ki, tərxis edilməsi barədə yekun qərar verildikdən sonra müalicəsi ilə bağlı müvafiq addımlar atmağa başlayacaq. Ermənistanda onun xəstəliyinin müalicəsinin mümkün olmadığı qeyd edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yezidilər   İşgəncə  


Bizi "telegram"da izləyin