Almaniya ordusu yeni ehtiyat tədbirləri görür

2019/01/NQLHV-1546851286.jpg
Oxunub: 4548     21:13     23 Avqust 2019    
ABŞ hərbi bazalarının yerləşməsi haqqında məxfi məlumatlar bir il əvvəl internetin açıq seqmentində - "The Global Heat Map" interaktiv xəritəsində yerləşdiriləndən sonra Pentaqon öz hərbi qulluqçularına smartfonlarındakı geolokasiya funksiyalarını işə salmağı qadağan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, indi Bundesfer də həmin ehtiyat tədbirlərini görmək qərarına gəlib.

Almaniyanın hərbi qulluqçuları tezliklə qlobal şəbəkəyə çıxmaq imkanı olmayan xüsusi tip smartfonlarla təmin ediləcəklər.

Kibertəhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi ilə bağlı olan bu addım daxili əlaqə sisteminə kənar şəxslərin, xüsusən hakerlərin daxil olmasını istisna etmək məqsədi daşıyır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin