Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, onun geri qayıdışını yaxın çevrəsi və dost tanışları mərasimlə qeyd etməyə çalışıblar.
“300 nəfərə yaxın iştirakçı hava limanına gedərək, generalı hörmətlə qarşılamaq istəyib. Lakin oliqarxlar, oğru aləminin müayəndələrini həzm edə bilməyən hakimiyyət bu barədə öncədən xəbər tutub və tərəfdarları əvəzinə onu hüquq mühafizə orqanlarının əməkdaşları qarşılayıblar. Saroyanın ayaqları yerə dəyməmiş, onu götürüb aparıblar. Hətta Baş naziri bu cür qarşılamırlar, sən neçə başlısan?, deyə ona irad bildiriblər. Onu bir neçə saat saxladıqdan sonra sərbəst buraxıblar. Bəlkə də bir neçə şeyi ona xatırladıb və dərs veriblər”,- deyə erməni nəşri bildirir.
Xatırladaq ki, general Seyran Saroyan hakimiyyət dəyişikliyindən sonra Ermənistandan gedib və yalnız avqustun 17-də geri qayıdıb.
Alpər Mövludoğlu
Ordu.az