Paşinyanın çıxışı, BBC-nin məqaləsi və Xüsusi İstintaq Xidməti arasında hansı əlaqə var?

2019/08/00-36-1565787409.jpg
Oxunub: 596     17:03     23 Avqust 2019    
““1 Mart” hadisəsi ilə bağlı hər hansı fəaliyyəti tezləşdirmək məqsədi vardısa, bu halda həmin mövzu katalizator rolu oynaya bilərdi. Buna görə də burada, həmçinin xarici iz də ola bilər. Təəssüf ki, Ermənistanın siyasi və hüquq sahəsində fəaliyyət göstərilən çoxsaylı şəxslərin eyni zamanda xarici trayektoriyası da var”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni siyasi texnoloq Vigen Hakopyan deyib.

Onun sözlərinə görə, Samvel Karapetyanın ətrafında yaranan qarışıqlıqda “xarici trayektoriya” izi ola bilər.

“Daha öncə BBC-nin rus xidməti agentliyi sosial şəbəkədə məlumat yayaraq bildirib ki, agentliyin redaktorluğunda general-mayor Karapetyanın dindirilməsi protokolu mövcuddur. İstintaqın rəyinə görə, Karapetyan öz tabeliyində olan şəxslərdən 20 nəfərlik qrup təşkil edib və həmin qrup 2008-ci ilin “1 Mart” hadisələri zamanı marşal Bağramyan küçəsində yerləşən prezident qamətgahının zirzəmisində yerləşib. İstintaqın gəldiyi nəticəyə görə, məhz həmin qrup nümayişçilərə atəş edib. Bu məqalənin harada yerləşməsindən başlayaq. Yumşaq desək, BBC təsadüf agentlik və ya bloqer səhifəsi deyil. Bu nə dövlət, nə də bir o qədər özəl təşkilat deyil. Məlumdur ki, müəyyən mənada hakimiyyət mövqeyi ilə də bağlı olan fikirlər və mövqelər bildirir”, - deyə Hakopyan bildirib.

O, məqalədə və sonrakı açıqlamalarda Ermənistan Xüsusi İstintaq Komitəsinin də həmin mövqenin tərəfdarı kimi vurğulandığını qeyd edir: “Aydındır ki, müəllif mənbə olaraq, birbaşa Xüsusi İstintaq Xidmətinə istinad edə bilməzdi. “1 Mart” hadisəsi ilə bağlı hər hansı fəaliyyəti tezləşdirmək məqsədi vardısa, bu halda həmin mövzu katalizator rolu oynaya bilərdi. Buna görə də burada, həmçinin xarici iz də ola bilər. Təəssüf ki, Ermənistanın siyasi və hüquq sahəsində fəaliyyət göstərilən çoxsaylı şəxslərin eyni zamanda xarici trayektoriyası da var. Xarici qüvvələr bu mövzunu eyni zamanda Qarabağ münaqişəsi çərçivəsində də istifadə edə bilər. Bir ekspert olaraq, qeyd etməyə bilmərəm ki, bu, Paşinyanın məlum “Qarabağ Ermənistandır, Vəssalam” bəyanatı ilə üzə çıxıb”.

Hakopyan hesab edir ki, eyni zamanda bu məlumat sızmasıdır və bu məsələ ilə Ermənistan Milli Təhlükəsizlik Xidməti məşğul olmalıdır.

“Xüsusi Xidmət orqanına aid olan məlumatlar, mətbuatda tez-tez yayılmağa başlayıb. Çox vaxt bu manipulyasiyalara və Ermənistanın daxili işlərinə müdaxilə etmə mövzusuna çevrilir”, - deyə erməni texnoloq əlavə edib.

Xatırladaq ki, avqust ayının 17-də “pastinfo.am” saytı avqustun 7-də BBC-nin rus xidmətinin yaydığı məlumatda yer alan faktlarla bağlı yeni informasiyalar dərc edib. Xüsusilə, Qarabağ müharibəsinin iştirakçısı general Samvel Karapetyana qarşı cinayət keçmişi olan, axtarışa verilmiş “aferist” ləqəbli Kamo Mnatsakanyanın izahat verdiyi bildirilib. Məqalə müəllifinin sözlərinə görə, Kamo Mnatsakanyan, Samvel Babayanın tərəfdarı olan şəxsdir. Babayanın ofisi isə məqaləyə münasibət bildirərək, yayımlanan məqalənin sifarişli olduğunu deyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Paşinyanın çıxışı, BBC-nin məqaləsi və Xüsusi İstintaq Xidməti arasında hansı əlaqə var?

2019/08/00-36-1565787409.jpg
Oxunub: 597     17:03     23 Avqust 2019    