“ABŞ-Ermənistan münasibətlərində ən böyük problem Ermənistanın Suriyaya qoşun göndərməsidir” - Abrahamyan

2019/03/17179-1553927188.jpg
Oxunub: 554     20:21     23 Avqust 2019    
“Ermənistanın Birləşmiş Ştatlarla münasibətlərində dərin problem var. Ermənistanın ABŞ üçün nə edə biləcəyini dərk etmək üçün ilk növbədə Ermənistanın ABŞ-ın maraqlarına zidd olan nə etdiyini anlamaq lazımdır. ABŞ-Ermənistan münasibətlərinin ən böhranlı vəziyyətə düşməsinə səbəb Ermənistanın Suriyaya cəlb edilməsi olub. Hesab edirəm ki, Suriyadan erməni hərbi qüvvələrin çıxarılması ilə bağlı layihə hazırlanaraq, həyata keçirilməsi düzgün qərar olardı”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın dövlət idarəetmə insitutunun böyük eksperti Eduard Abrahamyan bildirib.

ABŞ-Ermənistan münasibətlərinə toxunan Abrahamyanın sözlərinə görə, Tramp administrasiyasının hakimiyyətə gəlməsindən sonra ABŞ-ın beynəlxalq münasibətlərdə mövcud olan sistemdən razı olmadığı bəyan edildi.

“Razı deyil, ona görə ki, bu, hazırkı dünya düzəni vəziyyətinə cavab vermir. Dövlət maraqları xeyrinə olaraq, beynəlxalq münasibətlərin yenidən balanslaşdırılması istiqamətində addımlar atmağa başladılar. Problem ondadır ki, Ermənistanın indiki və keçmiş hakimiyyəti dünya siyasətində baş verən kompleks dəyişiklikləri dərk edib anlaya bilmirdilər. İndiki ABŞ administrasiyası qarşılıqlı münasibətlərdən hansı fayda götürə bilcəəyi üzərində siyasət qurduğuna görə Ermənistan ilk növbədə ABŞ-ın maraqlarına cavab verəcək siyasət gündəminin qurulmasını bacarmır. Bölgədə ABŞ-ın siyasətinin dəyişməsi kifayət qədər maraqlıdır. Konkret ölkələrdə baş verən proseslərə daha az diqqət yetirilməyə başlanılıb. Ermənistan elə bir gündəm qurmalıdır ki, həmin gündəmdə ABŞ-a necə yardım edilə biləcəyi nəzərə alınmalıdır”, - deyə Abramyan bildirib.

Ermənistan ABŞ-a hansı sahədə necə kömək edə bilər, deyə növbəti sualı cavablandıran Abrahamyan qeyd edib ki, Ermənistan heç bir layihəyəyə daxil edilməyib: “Bizim nə edə biləcəyimizi dərk etmək üçün ilk növbədə hansı atılan addımların ABŞ-ın maraqlarına və bölgədəki yanaşmasına əks təsir göstərdiyini anlamaq lazımdır. ABŞ-Ermənistan münasibətlərində bizim böhran vəziyyətinə düşməyimizin ən böyük səbəbi Ermənistanın Suriyaya cəlb edilməsidir. Məhz bu mənada Ermənistan ABŞ-da Rusiya ilə münasibətlərdə alt müttəfiq olan ölkə kimi qəbul olunmağa başlayıb. ABŞ Rusiya, İran və Suriyada avtoritar rejim kimi qəbul etdiyi düşmən qüvvələrlə Ermənistanın əməkdaşlığına müsbət yanaşmır. Dünyada nəyin necə dəyişdiyini dərk etmək lazımdır”.

Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın ABŞ-a səfəri ilə bağlı suala toxunarkən Abrahamyan söyləyib ki, onun fəallıq göstərilməsi yaxşı hal olsa da, gündəmə bağlı mövzu ilə sözügedən səfərlər həyata keçirilmirsə, bu, heç bir məna daşımır.

“Tramp administrasiyası üçün Ermənistan az ya çox Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində maraqlıdır. Maliyyənin azaldılması isə kifayət qədər mənfi siqnaldır. Erməni qüvvələrinin Suriyada Rusiya qüvvələrinə yardım etməsi vəziyyəti daha da kəskinləşdirib. Tez-tez fikirlər səsləndirirlər ki, Ermənistanın Rusiya, İran və Suriya maraqlarına sərf etdiyi yardımları niyə etməliyik? Vaşinqtondakı bu yanaşma tərzini qısa vaxtda dəyişmək lazımdır. Əks halda ABŞ tərəfindən institusional problemlərlə üzləşə bilərik. Proqram hazırlanaraq, qoşunların Suriyadan çıxarılması daha doğru addım olardı. Belə olan halda Rusiyanın hansı addımı ata biləcəyi məlumdur. Ermənistan bunun qarşısını müxtəlif ölkələrdə sülhməramlı fəaliyyətin Ermənistan üçün prioritet olmadığını bəyan etməklə sığortalaya bilər.

Rusiyaya qarşı ABŞ-ın sanksiyalar tətbiq etməsi və bu sanksiyalara iki erməni şirkətinin də məruz qalması faktının Tramp administrasiyası tərəfindən verilən siyasi qərar olub-olmadığı qaranlıq məqamdır. Əslində ABŞ Ermənistanın İranla ticarət əlaqəsini kəsmək istəmir. ABŞ-ı narahat edən məsələ sanksiyalar tətbiq edilən təşkilatların Ermənistanda fəaliyyət göstərmə ehtimalıdır. Hazırda bu şirkətlərin fəaliyyətinin məhdudlaşdırılması ilə ciddi məşğul olmaqdadırlar.”, - deyə o sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“ABŞ-Ermənistan münasibətlərində ən böyük problem Ermənistanın Suriyaya qoşun göndərməsidir” - Abrahamyan

2019/03/17179-1553927188.jpg
Oxunub: 555     20:21     23 Avqust 2019    