“Hraparak”: İrəvana qarşı balta nəzarəti ilə Moskva nəyə işarə edir?

2019/08/image-1566545867.jpg
Oxunub: 828     16:10     23 Avqust 2019    
“Moskva yalnız bir dildə başa düşür və əsas götürür, necə ki, gücüm var baltalayacam, bir o qalmışdı ki, “çurkalara” nə isə izah edim və sairə...”

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Rusiya Baş Prokurorluğu Ermənistan Prokurorluğunun keçmiş millət vəkili, Məhkəmə İşləri İcbari İcra Xidmətinin keçmiş rəhbəri, general Mihran Poğosyanın istintaq məsuliyyətinə cəlb edilməsi məqsədilə İrəvana təhvil verilməsi tələbini rəsmi şəkildə rədd etdi.

“Ermənistan Baş Prokurorluğunun Mihran Poğosyanın cinayət təqibi üçün təhvil verilməsi tələbi Rusiya Baş Prokurorluğu tərəfindən 22.01.1993-cü il tarixli “Mülki, Ailəvi Cinayət İşlərində Hüquqi Yardım və Hüquq Münasibətləri Qanunu”nun 19-cü maddəsinin müddəaları əsas götürülərək rədd edilib. Üstəlik, Poğosyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün təhvil verilməsinə dair Ermənistan Baş Prokurorluğunun müraciətinin rədd edilməsinin əsası barədə hər hansı infomasiya təqdim edilməyib. Ermənistan Baş Prokurorluğunun Rusiya Baş Prokurorluğundan Poğosyanın təhvil verilməsinin rədd edilməsi səbəbləri ilə bağlı dəqiq cavab tələb etməsi hələ yaxşı haldır. Bir gözəl gündə belə bir cavabın veriləcəyini gözləyək... Xatırladaq ki, Poğosyan axtarışa verilib. Xüsusi İstintaq Xidməti onu yalnız məlum Panama ofşor zonalarındakı iş üzrə yox, başqa bir neçə məqamlar üzrə də təqsirli şəxs qismində cəlb edib. Poğosyan külli miqdarda pul mənimsəməkdə ittiham edilir”, - deyə erməni nəşri bildirib.

Nəşr qeyd edir ki, bu siyasətin həyata keçirilməsi tərzi həddən artıq baltalıdır və yumşaq desək, Ermənistan üçün həddən artıq təhqiramizdir.

“Əslində nə baş verib? Ermənistanla strateji müttəfiq olmaqdan başqa bir sıra ikitərəfli öhdəlikləri də olan, o cümlədən AİƏT, KTMT kimi beynəlxalq təşkilatlarla bağlı münasibətlərə malik Rusiya bir sıra sənədlərdə əksini tapan müddəaları yerinə yetirməyərək, bir sıra cinayətlərdə ittiham edilən şəxsi Ermənistana təhvil vermir. Buna baxmayaraq, Gümrüdə tam bir ailəni məhv edən rus hərbçini ermənilər təhvil verdilər. Rusiyanın qeyri-səmimi və dost olmayan davranış tərzinə ilk emosional reaksiya ola bilər. Hazırda bədnam real siyasətlə üz-üzə qalmışıq. Məlumdur ki, Kreml çoxdan strateji müttəfiqlik, bərabərlik prinsiplərinə və bu kimi digər münasibətlərə tüpürüb. Tarix çoxdan sübut edib ki, Moskva yalnız bir dildə başa düşür və əsas götürür, necə ki, gücüm var baltalayacam, bir o qalmışdı ki, “çurkalara” nə isə izah edim və sairə...

İsmarıc isə həddindən artıq aydındır. Rusiyada Ermənistanın sabiq iqtidarına gizli kömək edilməsindən, inqilabçıların cəzasından xilas olmasına yardım edilməsindən imtina edilməyib. Burada səbəb Kreml üçün ciddi arzuolunan revanşın gözlənildiyi, yaxud İrəvanın yeni hakimiyyətindən güzəştlər qopardılması məqəsdi var. Hər iki halda bu məqsədlərin mahiyyətinin dərinliyini öyrənməyə dəyməz, deyildiyi kimi siyasətdir. Necə deyərlər buradan müttəfiqlik və ya diplomatiya qoxusu gəlmir. Ən həssas vəziyyətdə olduğu halda belə İrəvanın da burada düşünəcəyi çox şey var”, - deyə “Hraparak” vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Hraparak”: İrəvana qarşı balta nəzarəti ilə Moskva nəyə işarə edir?

2019/08/image-1566545867.jpg
Oxunub: 829     16:10     23 Avqust 2019    