Moskva Ermənistana məhəl qoymur: “Ermənistan Rusiya üçün daha çətin bir nöqtəyə çatıb”

2019/08/00-58-1566545558.jpg
Oxunub: 789     12:31     23 Avqust 2019    
Rusiya Ermənistan Prokurorluğunun general Mihran Poğosyanın təhvil verilməsi barədə vəsadətini rədd edib. Ermənistan Baş Prokurorluğunun Mihran Poğosyanın cinayət təqibi üçün təhvil verilməsi tələbi 22.01.1993-cü il tarixli “Mülki, Ailə və Cinayət İşlərində Hüquqi Yardım və Hüquq Münasibətləri Qanunu”nun 19-cü maddəsinin müddəaları əsasında mümkün hesab edilməyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Levon Şirinyan danışıb.

Onun sözlərinə görə, Rusiya bu şəkildə Ermənistanı alçaldaraq, ona məhəl qoymur və heç bir şey edə bilməzsən, istədiyimizi edəcəyik deyir.

“Mihran Poğosyan Soljenitsindir, Rusiya niyə təhvil vermir? Bu hörmətsizlikdir, başqa heç nə yoxdur. Burada heç bir siyasi təqib yoxdur. Həmin şəxs bu ittihamın əsaslı olub-olmamasından asılı olmayaraq, xüsusi cinayətlərdə ittiham olunur. Ermənistan hakimiyyəti vəziyyəti başa düşməli və sözlə deyil, məzmunca hərəkətə keçməlidir. Bu vəziyyətdə nə qədər qalsaq, bir o qədər də bizi heç bir şeyin yerinə qoymayacaqlar”, - deyə Şirinyan bildirib.

Mikayel Harutyunyanın işində Rusiya hakimiyyəti onun Rusiya vətəndaşı olduğunu əsas gətirərək təhvil verməkdən imtina etdi, indiki vəziyyətdə Ermənistan vətəndaşından söhbət edilir, deyə bildirilən irada Şirinyan belə cavab verib: “Bu hörmətsizlikdir. Biri birbaşa, digəri dolayı əlaqəlidir, deyə öz qullarını qorumaq üçün hər bəhanədən istifadə edirlər. Burada başqa məsələ də var, söhbət iqtisadi cinayətlərdən getdiyinə görə Ermənistan, Rusiya üçün daha çətin bir nöqtəyə çatıb. Rusiya həmin xalqları öz iqtisadi açarları ilə öz arabasında saxlayır və indi biz bu sinirə toxunmuşuq. Burada biz oliqarxiya, iqtisadi, kriminal elementlərlə üz-üzə gəlmişik. Bunun üçün Ermənistan hökuməti vəziyyəti başa düşməli, hörmətlə işləməli və ölkəni nizama gətirməlidir”.

O hesab edir ki, ölkəsindəki hakimiyyət özü də nə etdiyini bilmir, gah Konstitusiya məhkəməsini dağıdır, gah da yığır.

“Dövlət kimi özünü təqdim edəndə məsələlər həll ediləcək. Rusiya bu cür ittiham edilən şəxsin İsrailin tələbi üzrə təhvil verilməməsinə cürət edə bilərmi? Əksinə, sitat gətirər və deyərdi ki, mən generalın şərəfini qoruyuram, çünki həmin şəxs general rütbəsini ləkələyib. Ölkənin nüfuzu həm də inkişaf səviyyəsi, təşkili, iqtidarların ləyaqəti ilə bağlıdır. Heç bir problemi həll edə bilmirlər. Bəs biz ruslarla necə müttəfiqik? ”, - deyə erməni politoloq vurğulayıb.

Ermənistanın Rusiya ilə çox yaxşı münasibətlərinə dair deyilənlərə gəlincə, onun cavabı belə olub: “Yaxşıdır, bizdən nə istəyirlərsə veririk. Hakim elita da ziyalı, ləyaqətli olmalıdır. Onlarla necə bu cür davrana, danışa bilərlər? Yaxşı münasibət o halda ola bilərdi ki, Rusiya hər hansı bir məsələdə bizə doğru addım atdığını ortaya qoysun. Heç vaxt Rusiyanın bizə doğru addım ataraq, üzr istəməsi, belə bir şey olmamalıydı, dediyi bir məsələni xatırlamıram, belə bir hal olmayıb”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Poğosyan   Ermənistan  

Moskva Ermənistana məhəl qoymur: “Ermənistan Rusiya üçün daha çətin bir nöqtəyə çatıb”

2019/08/00-58-1566545558.jpg
Oxunub: 790     12:31     23 Avqust 2019    