Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, birgə tədbirlər planına uyğun olaraq komitə nümayəndələri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə şəxsi heyətlə görüşüb.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.
Ordu.az