“Rusiya Ermənistana qarşı “yumşaq güc” tətbiq edir” - Politoloq

2019/08/24197-1566543899.jpg
Oxunub: 657     10:56     23 Avqust 2019    
“Beynəlxalq aləmdə iki ölkə arasındakı münasibətlərin nə vəziyyətdə olduğu hamıya məlumdur. Misal olaraq, AŞPA-da Rusiya nümayəndə heyətinin səsvermə hüququnun bərpa olunması ilə bağlı keçirilən səsvermədə Ermənistan nümayəndələrinin qəribə davranışını xatırlatmaq istəyirəm. Rusiya Ermənistan münasibətlərinin yaxşı olması haqqında bəyanatlar həqiqəti əks etdirmir”.

Ordu.az xəbər verir ki, bu sözləri erməni politoloq Qaqik Hambaryan “Tert.am” saytına verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, Paşinyanın hakimiyyətə gəlməsindən 1 il 3 ay keçməsinə baxmayaraq, konkret erməni-rus münasibətləri konteksində heç bir yüksək vəzifəli Rusiya rəsmisi Ermənistana səfər etməyib.

“Ötən günlərdə Rusiya tərəfinin Mihran Poğosyanı təhvil verməyəcəyi məlum olub. Niyə Rusiya tərəfi belə davranır və doğrudanmı təhvil verilməməsinin səbəblərini izah etməyə ehtiyac yoxdur? Ermənistan hakimiyyəti daim ikitərəfli münasibətlərdə heç bir problem olmadığını deyir. Bunun realda həqiqətən belə olması arzu edilsə də, təəssüf ki, reallıqdan çox uzaqdır. İnqilabdan 1 il 3 ay keçsə də, Rusiyanın hər hansı bir vəzifəli şəxsi konkret qarşılıqlı münasibətlər çərçivəsində Ermənistana səfər etməyib. Rusiyanın Baş naziri Medvedyevin Ermənistana səfər etməsi isə qarşılıqlı münasibətlər çərçivəsində deyil, Avrasiya iqtisadi əməkdaşlıq təşkilatının iclasında iştirak etməsi məqsədi daşıyıb. Beynəlxalq aləmdə iki ölkə arasındakı münasibətlərin nə vəziyyətdə olduğu hamıya məlumdur. Misal olaraq, AŞPA-da Rusiya nümayəndə heyətinin səsvermə hüququnun bərpa olunması ilə bağlı keçirilən səsvermədə Ermənistan nümayəndələrinin qəribə davranışını xatırlatmaq istəyirəm. Rusiya Ermənistan münasibətlərinin yaxşı olması haqqında bəyanatlar həqiqəti əks etdirmir”, - deyə Hambaryan bildirib.

O qeyd edib ki, əslində bu münasibətlər Rusiyanın gözləmə mövqeyində olması ilə müşayiət olunur: “Rəsmi Moskva Ermənistanın daxili işlərinə qarışmaq niyyətində deyil və Ermənistan cəmiyyətinin inqilab xülyalarından azad olmasını və Paşinyan idarəetməsinin, erməni-rus münasibətlərinə real qiymət verməsini gözləyir. Rusiya Ermənistana qarşı “yumşaq güc” tətbiq edir, ciddi zərər vuracaq ikitərəfli münasibətləri gərginləşdirəcək addımlar atmır. Keçmiş hakimiyyət dövründə erməni-rus münasibətlərində balansın pozulduğu, indiki hakimiyyət dövründə isə bu münasibətlərin, rəsmi Moskvanın xeyrinə daha da dəyişdiyi məlumdur. Öncəki hakimiyyət dövründə Nazarbayev, İlham Əliyevin adından məktub oxuyurdu, indi isə erməni kəndlərinin birindən hərbi texnika gətirir, təlimat işləri həyata keçirir, AİƏT-ə üzv ölkələrin Baş nazirlərinin iclasında anlaşılmaz yumorlar baş verir, Paşinyandan başqa hamıya medal verilir. Əvvəllər bərabərlik balansı pozulmuş olsa da, indi daha pis vəziyyət yaranıb. Paşinyan hakimiyyətə gəldikdən sonra Gümrüdəki rus hərbi bazasının nümayəndələri ən böyük kəndlərdən birində təlim keçirə və bu barədə heç kimi xəbərdar etməyə bilər. Paşinyandan cəmi bir neçə ay daha çox rəhbərlikdə olan Qırğızıstan prezidentinə medal verilməsi, Paşinyana isə verilməməsi təsadüfi hal deyil. Vaxtilə müxalifət, erməni-rus münasibətlərini vassalıq kimi dəyərləndirirdi. Lakin indi bu vəziyyət daha da pisdir”.

Erməni politoloq hesab edir ki, Ermənistana qarşı tətbiq edilən “yumşaq güc” siyasəti Rusiya tərəfindən qazın satın alma qiymətinin artırılmaması, erməni mühacirlərə maneələr törədilməməsində də öz əksini tapır.

“Əgər Rusiyada işləyən ermənilərə qarşı problemlər yaratmağa başlayarlarsa, bunun nəticəsi olduqca pis olacaq. Təsəvvür edin, əgər Rusiyada işləyən ermənilər geri- Ermənistana qaytarılarsa, ölkədə sosial partlayış baş verə bilər. Bütün bu qeyd olunanların baş verməməsi, məhz “yumşaq güc”ün tətbiq edilməsi deməkdir. Sosial şəbəkələrdə anti-Rusiya meyilli çıxış edən insanlar baş verə biləcəklərin nəticəsini dərk etmir. Rusiyanın Ermənistanda baza yaratmasına erməni tərəfinin xahiş etdiyini xatırlamaq lazımdır. Anti-Rusiya təbliğatı genişlənərsə, Ermənistana daxil olan 1 milyard dollar həcmindəki köçürmələrin davamiyyəti kəsiləcək. İsti başlara tövsiyyə edirəm ki, diqqətli olsunlar, anti-Rusiya mühitini qızışdırmasınlar”, - deyə Hambaryan qeyd edib.

O, Ermənistanın məhkəmə aktlarının məöcburi icrası komitəsinin sabiq rəisi Mihran Poğosyanın Ermənistana təhvil verilməməsi və rəsmi Moskvanın bu barədə Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ermənistana səfərindən bir neçə gün sonra açıqlaması etməsinə diqqət çəkir.

“Rusiya Federasiyası bununla göstərmək istəyir ki, Ermənistan hakimiyyəti ilə aparılan danışıqlardan razı deyil. Bu, Rusiya tərəfindən Ermənistan hakimiyyətinə verilən narazılığa dair dəqiq mesajdır. Poğosyanın təhvil verilməməsinin səbəblərinin Rusiya Federasiyası tərəfindən heç açıqlanmaması da münasibətlərin aşağı səviyyədə olmasından xəbər verir. Rusiya tərəfinin yaydığı məlumatdan yalnız istəmədikləri və təhvil vermədiklərini başa düşmək mümkündür”, - deyə Hambaryan Paşinyan hakimiyyətinə tövsiyyələr verərək Rusiya ilə diqqətli olmalarını tələb edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Təzyiq   Böhran  

“Rusiya Ermənistana qarşı “yumşaq güc” tətbiq edir” - Politoloq

2019/08/24197-1566543899.jpg
Oxunub: 658     10:56     23 Avqust 2019    