Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qəza zamanı avtomobildə olan 25 yaşlı Q.Xoren, 26 yaşlı A.Tsovak, 26 yaşlı H.Samson, 27 yaşlı P.Artur, 29 yaşlı S.Fruntik, 25 yaşlı P.Frunzik, 29 yaşlı H.Andranik, 25 yaşlı Y.Arsen, 25 yaşlı H.Vahe, 27 yaşlı H.Edqar və 32 yaşlı Ş.Hayk adlı hərbi qulluqçular müxtəlif bədən xəsarətləri ilə Noyemberyan tibb mərkəzinə təxliyyə ediliblər.
Hadisə yerinə polis əməkdaşları ilə yanaşı, Ermənistan Müdafiə Nazirliyinin hərbi polis idarəsinin Noyemberyan rayon hərbi polis əməkdaşları da cəlb edilib.
Məlumata görə, yaralıların hamısı müqaviləli əsaslarla xidmət edən hərbi qulluqçulardır.
Hadisənin baş vermə səbəbləri araşdırlır.
Alpər Mövludoğlu
Ordu.az