Xəbər verdiyimiz kimi, düşmən yay aylarından başlayaraq cəbhəboyu zonalarda - əsasən yaşayış məntəqələri yerləşən ərazilərə yaxın yerlərdə yanğınlar törədib. Belə hal demək olar ki, mütəmadi olaraq baş verir. Hətta sonuncu oxşar hadisə dünən gecə Goranboy ərazisində baş verib. Lakin hadisələrə düşmən tərəfdən yanaşsaq, baş verən yanğınlar bu gün növbəti dəfə öz "bəhrəsini" verib.
Belə ki, Ağdam rayon Orta Qərvənd kəndində 1988-ci il təvəllüdlü Fərəcov Tapdıq Yamən oğlunu təsərrüfat işləri ilə məşğul olarkən ilan sancıb. Gəncin həyatına təhlükə hələ ötməyib. O, Ağdam rayon Mərkəzi xəstəxanasında reanimasiyada müalicə alır.
Ordu.az olaraq dəfələrlə düşmənin neytral ərazidə yanğınlar törətməsinin, xüsusilə yanan ərazilərin yaşayış məntəqələri ilə üzbəüz olmasının səbəbini diqqətə çatdırmışdıq.
Elgün Gəncimsoy
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Düşmən
Cəbhə