Rəsmi İrəvanın fərari əsgərlə bağlı bəyanatları ifşa edildi: “Qardaşım zabitlərlə problem yaşayırdı”

2019/08/14014-1565950752.jpg
Oxunub: 1125     16:03     22 Avqust 2019    
Bir neçə həftə öncə Azərbaycan tərəfinə fərarilik edərək keçən erməni hərbi qulluqçu Araik Qazaryanın səhhəti normaldır.

Ordu.az xəbər verir ki, bu barədə “Haykakan Jamanak”la söhbətində erməni hərbçinin qardaşı Armen Qazaryan belə bir məlumatın atasına Qırmızı Xaç komitəsi tərəfindən verildiyini bildirib.

Qazaryanın sözlərinə görə, qardaşının harada və hansı şəraitdə saxlanıldığını bilmirlər.

“Hadisədən sonra hərbi hissədə olub-olmadığını,hər hansı bir təfərrüat öyrənə bilibmi?”, deyə verilən suala cavab olaraq Qazaryan bildirib ki, ona hərbi hissəyə getməyə icazə verilməyib.

“Mən yalnız Xankəndindəki hərbi polisə getmişəm, oradan məni geri göndərdilər, məni ora getməyə qoymadılar. Müdafiə Nazirliyi məlumatları gizli saxlayır. Qardaşımın azaraq, yoxsa başqa şəraitdə Azərbaycan tərəfinə keçməsini bilmirik. Qardaşımın hərbi hissədə təzyiqlərə məruz qalması barədə mətbuatda yayılan məlumatlar məni bir az düşünməyə vadar edir. Problemləri olduğunu bilirdim. Lakin elə alınıb ki, problemləri ilə bağlı gedib adamlarla görüşüblər, hər şey həll edilib, normal olub. Qardaşımın əsgərlə yox, zabitlərlə problemi olub. Buna görə də Müdafiə Nazirliyi arışdırmanın nəticələrini gizli saxlamağa çalışır. Müdafiə Nazirliyindən bizə hələlik heç bir açıqlama verilməyib. BQXK-nin əməkdaşları qardaşıma təkrar baş çəkəcəklər. Döyüş postunu tərk etməsi ilə bağlı hələlik həbs edilənlər olmayıb”, - deyə Qazaryan bildirib.

Xatırladaq ki, zorakılığa məruz qalan 19 yaşlı erməni hərbi qulluqçu Arayik Qazaryan avqust ayının 12-də döyüş postunu tərk edərək mövqelərimiz tərəfə keçib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Fərarilik  

Rəsmi İrəvanın fərari əsgərlə bağlı bəyanatları ifşa edildi: “Qardaşım zabitlərlə problem yaşayırdı”

2019/08/14014-1565950752.jpg
Oxunub: 1126     16:03     22 Avqust 2019    