Ermənistan MN-in yanacaq üzrə ən böyük tədarükçüsü hələ də “Fleş” şirkətidir

2019/08/BeFun-1566474250.jpg
Oxunub: 591     15:43     23 Avqust 2019    
Ermənistanda dövlət satınalmalar tenderlərində benzin tədarük edən şirkətlər arasında daha çox “Sipies Oil” şirkətinin adına rast gəlinir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Maliyyə Nazirliyinin satınalmalar sisteminin internet səhifəsinə əsasən bu şirkətdən sonra “Maks Oil” şirkətinin adı keçir.

“Sipies Oil” şirkətini Aşot Salazaryan 2017-ci ildə təsis edib. Həmçinin 2012-ci ildə təsis edilən “Sipies Oil coorporation” şirkəti də ona aiddir. Hazırda bu şirkətin rəhbəri Artur Danielyandır. Hər iki şirkətin qeydiyyat ünvanı eynidir. Bu il keçirilən tenderdə qalib gəlməsi nəticəsində “Sipies Oil” şirkəti Ermənistanın dövlət gəlirləri komitəsinin “təlim mərkəzi” (307500 dram), “idman növlərinin inkişafı üzrə respublika kompleks mərkəzi” qeyri-kommersiya təşkilatına (58500 dram), Vayots Dzor vilayətinin icra nümayəndəliyinə (4,8 milyon dram) benzin tədarük edib.

“Maks Oil” şirkəti parlamentin respublikaçılar fraksiyasının sabiq deputatı, iş adamı Harutyun Pambukyandır. Pambukyan Ermənistanın benzin bazarına sabiq Baş nazir Karen Karapetyanın hakimiyyəti dövründə təkrar daxil olub. “Maks Oil” şirkəti 2017-ci ildə təsis edilib.

2019-cu ilin dövlət satınalmaları üzrə bir neçə tenderdə “Fleş” şirkətinə qalib gəlməsi nəticəsində Ermənistan polis qoşunlarına (17,8 milyon və 42 milyon dram) benzin tədarük edib.

Ermənistan Müdafiə Nazirliyinə yanacaq tədarükü üzrə ən böyük şirkət olaraq qalan isə “Fleş” şirkətidir. Bu il keçirilən tenderlərdə şirkət Ermənistan Müdafiə Nazirliyi ilə 1 milyard 617 milyon dram dəyərində benzin və 563 milyon dram dəyərində qış dizel yanacağını tədarük edilməsinə dair müqavilə imzalayıb.

Ermənistan Müdafiə Nazirliyi “Maks Oil” şirkətindən bir neçə müqavilə əsasında 700 milyon dram dəyərində yanacaq, o cümlədən aviasiya yanacağı əldə edib. “Sipies Oil” şirkəti də Müdafiə Nazirliyinə 38,2 milyon dram dəyərində benzin tədarük edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MN   Yanacaq   Fleş  

Ermənistan MN-in yanacaq üzrə ən böyük tədarükçüsü hələ də “Fleş” şirkətidir

2019/08/BeFun-1566474250.jpg
Oxunub: 592     15:43     23 Avqust 2019    