Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunda döyüş növbətçiliyinin tərkibinə cəlb edilən manqanın atıcısı, erməni komandir müavini tərəfindən nə az, nə çox mürəbbə yediyinə görə cəzalandırılıb.
İttihama əsasən işğal altında olan Qarabağ ərazisində dislokasiya olunan hərbi hissələrdən birinin “komandir müavini”, döyüş növbətçiliyinin tərkibinə müşahidəçi olaraq cəlb edilən manqanın atıcısı Verdyanı, qazmadan kənardakı tikilinin yanında gizli şəkildə mürəbbə yeyərkən görüb. O, səlahiyyət həddini aşaraq hərbi qulluqçunu həmin tikiliyə salıb və 10 dəqiqəyədək onu bağlı vəziyyətdə təcrid olunmuş halda saxlayıb.
Fakt üzrə CM-nin müvafiq maddəsi üzrə cinayət işi açılıb.
Alpər Mövludoğlu
Ordu.az