Niyə Serj Sarkisyanın həbsinə əl atmadılar?

2019/08/image-1566469503.jpg
Oxunub: 495     14:24     23 Avqust 2019    
“Ölkə üçün əhəmiyyətli hər hansı məsələlərdən əhalinin diqqətini yayındırmaq üçün hakimiyyətin yayındırcı informasiya axınına əl atması sirr deyil. Bu müharibə dövründə ən çox istifadə edilən aydın üsuldur. Hətta sıravi əsgərdən də hər hansı sahədə rəqibin cəmləşməsini soruşduqda, o, ilk növbədə bunun tələ olması, yayındırcı məqam olmasını sonra digər halları düşünər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Hraparak” nəşri yazıb.

Nəşrə görə, hərbi bacarıqlara sahib olan Sarkisyanın bu iş çərçivəsində fəaliyyət göstərdiyi düşünülür.

“Amulsar qızıl mədəni ilə bağlı Aşotyanın Serji həbs edin, qan tökülməsindən yayınmaq üçün bu sizin yeganə çıxış yolunuzdur, deyə son yazısı həqiqətən diqqəti yayındırmağın bir variantı olub. Çoxları bu məlumatdakı ciddiliyə əhəmiyyət verməyib. İlk növbədə cəmiyyətin diqqətini yayındırmaq üçün bundan başqa çıxış yolu olmayan Paşinyana xəbərdarlıq idi. Bu, sətiraltı o deməkdir ki, artıq hərbi ritorikalı, emosional çıxışlar tükənib və Paşinyanın yeganə əsas oyun kartı Sarkisyanın qalmasına işarədir. Amulsar qızıl mədəninin gündəmə gəlməsi və Sarkisyanın həbs edilməsi eyni platformaya qoyulub. Məhz buna görə edilmədi, çəki nisbəti çox yüksək olub”, - deyə erməni nəşri bildirir.

Nəşr qeyd edir ki, Paşinyan nə qədər çalışsa da Sarkisyanın zəif damarını tapıb, onu zərərsizləşdirə bilmir.

“2008-ci ildə Sarkisyan artıq özünü qurban verməklə ölkəni qana boğulmaqdan xilas edib. İndi isə bu, ehtimal edilən toqquşmalara və zorakılığa qarşı yeganə çıxış yoludur. Onu həbs edin ki, yenə də qan tökülməsin. Dövlətə dəyən zərbələri öz üzərinə almağa Sarkisyan vərdiş edib. O, zərbə saxlayandır.

Sarkisyan özünü qurban verdi və ölkəni qana boyanmaqdan xilas etdi. Reallıq baş verir. Qarşı tərəfdən əks münasibət yoxdur. Bunlar elə belə deyilən kəlmələr deyil. Bu Sarkisyan tərəfindən daha sonra istifadə ediləcək, döyüş mövqeyinin tutulması deməkdir. Nəhayət, bəs niyə Sarkisyanın həbs edilməsinə əl atmadılar. Qarşı tərəf, yəni Sarkisyan daha yaxşı hərbi bacarıqlara və kəşfiyyat məlumatlarına malikdirsə, hansı bacarıqdan istifadə ediləcəyini bilir, buna görə də həmin bacarıqdan istifadə edilməsi əhəmiyyətini itirir, çünki bu bacarığın tətbiq edildiyi təqdirdə artıq o, gözlənilməz əks addıma hazır olur”, - deyə “Hraparak” bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Niyə Serj Sarkisyanın həbsinə əl atmadılar?

2019/08/image-1566469503.jpg
Oxunub: 496     14:24     23 Avqust 2019    