Dilicanda erməni döyüşçülərin abidələri təhqir edilib

2019/08/16769-1566462914.jpg
Oxunub: 25714     12:20     22 Avqust 2019    
Ermənistanın Dilican şəhərində erməni döyüşçülərin abidələri təhqir edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Dilican şəhərində yeni inşa edilən kilsəyə yaxın ərazidə işğal altında olan Qarabağda ölən erməni döyüşçülərə ucaldılan abidə murdarlanıb, təhqir edilib.

Naməlum şəxs, yaxud şəxslər abidənin üzərindən iti alətlə xeyriyyəçinin adını silib, bulağı dağıdıb və çeşmələrini sındırıblar.

Hazırda Dilican polis istintaq şöbəsində məlumat əsasında materiallar hazırlanır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Dilican  


Bizi "telegram"da izləyin