Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hesabatda ABŞ-ın Çinin güclənməsi qarşısında duracaq gücünün olmadığı qeyd olunur.
"ABŞ Sakit okeanın qərb sahillərindəki üstünlüklərini əldən verib. Burada artıq güc Çinin əlindədir", - deyə hesabatda diqqətə çatdırılır.
Bildirilib ki, ABŞ təcili olaraq hərbi büdcəsini və gücünü artırmalıdır.
"Çin Xalq Qurtuluş Ordusu bölgəyə təxminən 1500 qısa mənzilli, 450 orta mənzilli və 100 ədəd qurudan idarə olunan uzun mənzilli raketlər yerləşdirib. Bu çox dəhşətli haldır", - deyə hesabatda vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az