Avstraliya, ABŞ-ın tələbi ilə İranın fəaliyyətinə qarşı çıxmaq üçün Hörmüz Boğazında neft daşımalarının təhlükəsizliyini təmin etmək üçün beynəlxalq koalisiyada iştirak etməyə razılıq verib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avstraliya Baş naziri Skot Morrison açıqlama verib.
Onun sözlərinə görə, hökumət bu qərarı beynəlxalq tərəfdaşlarla işə töhfə vermək və işləmək məqsədilə qəbul edib.
"Bizim töhfəmiz vaxt və həcm baxımından məhdud olacaq”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Avstraliya
İran
ABŞ